Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur.
Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb.
"Məmnuniyyətlə elan edirəm ki, ABŞ Danimarka Krallığı və Qrenlandiya ilə Birləşmiş Ştatlara Qrenlandiyanın təhlükəsizliyinə və bütün digər ehtiyaclarına daimi nəzarət imkanı verən saziş bağlayıb. Bu da Amerikanın çoxsaylı narahatlıqlarını tamamilə aradan qaldırır. Bu, Birləşmiş Ştatlara heç bir məbləğə başa gəlməyəcək!", - deyə Tramp qeyd edib.
O bildirib ki, bundan sonra ABŞ-nin heç bir rəqibi Qrenlandiyada "heç vaxt" bazaya malik ola və hərbi kontingent yerləşdirə bilməyəcək. Saziş həmçinin Vaşinqtonun yazılı razılığı olmadan Qrenlandiyada "həssas investisiyalar" qoyulmasını qadağan edir.
ABŞ Prezidenti Donald Tramp Danimarkanın təhlükəsizlik məsələlərində Qrenlandiyaya nəzarəti ABŞ-yə verdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, ABŞ adada böyük hərbi kontingent yerləşdirməyi planlaşdırır.
"Biz dərhal Qrenlandiyanın müvafiq hissəsində böyük hərbi mövcudluğun yaradılması prosesinə başlayacağıq. Belə ərazilər isə orada çoxdur", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 82 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrKəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind
19 sentyabrDonald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrGürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb
Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük
19 sentyabr"Hraparak": Hindistan dronları qalib gəldi
"Bizdə olan məlumata görə, Müdafiə Nazirliyi digər ölkələrdə pilotsuz texnologiyaların inkişafını yaxından izləməyə davam edir. Onlar artıq yerli pilotsuz uçuş aparatları istehsalçıları ilə əməkdaşlıq etsələr də, Ermənistan Silahlı Qüvvələri üçün daha böyük təchizat təmin etmək qərarına gəliblər
19 sentyabr