Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb.
Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb.
Boğazındakı zəli səbəbindən xəstə qanlı öskürəkdən əziyyət çəkib, həmçinin rahat nəfəs ala və udquna bilməyib.
Qeyd olunub ki, zəlinin tənəffüs yollarına düşməsi xəstənin həyatı üçün təhlükə yarada bilərdi.
Cərrahlar ümumi anesteziya altında əməliyyat keçirərək zəlini çıxarıblar. Bir gün sonra həmin şəxs xəstəxanadan evə buraxılıb.
Xəstə həkimlərə bildirib ki, əməliyyatdan təxminən üç həftə əvvəl kənddəki bulaqdan su içib. Bundan sonra onda təngnəfəslik və udqunma zamanı ağrılar yaranmağa başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 503 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabr