Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminən 60 beynəlxalq reys dayandırılıb.
Narita hava limanında isə əsasən beynəlxalq olmaqla 100-dən çox reys ləğv edilib.
Tayfunun episentri Yaponiyanın əsas adası olan Honsyunun Sakit okean sahilinin mərkəzi hissəsinin cənubunda yerləşir. Tayfun saatda təxminən 25 kilometr sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Proqnozlara görə, bazar ertəsi gününün ikinci yarısında İzu yarımadasına, daha sonra isə Tokio ərazisinə yaxınlaşacaq.
Sinoptiklər əhalini güclü yağışlar, çayların daşması və torpaq sürüşmələri təhlükəsi barədə xəbərdar edirlər. Sakinlərə küçəyə çıxmamaq tövsiyə olunur. Tokioya bitişik Çiba prefekturasının bəzi ərazilərində artıq təhlükəsiz yerlərə təxliyə ilə bağlı tövsiyələr qüvvəyə minib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 26 Tarix: 21 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabr