Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənibGeoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu baş verərsə, həmin ərazidə yeni okean yaranacaq.

Qaynarinfo HVG nəşrinə istinadən xəbər verir ki, burada "yaxın gələcək" nisbi anlayışdır: bu hadisəyə qədər, şübhəsiz, daha bir neçə milyon il keçəcək. Lakin geoloji miqyasda bu, çox qısa müddətdir.

Universitetin alimi Kristian Rouenin sözlərinə görə, əldə olunan məlumatlar təsirə məruz qalan ərazidə parçalanma prosesinin daha da irəlilədiyini və yer qabığının burada əvvəl ehtimal ediləndən daha nazik olduğunu göstərib. Tədqiqatın nəticələri "Nature Communications" elmi jurnalında dərc olunub.

Keniyadakı Turkana rift zonası erkən hominidlərin çoxsaylı fosilləri ilə zəngindir. Bu da ərazinin insanın təkamülündə mühüm rol oynaya biləcəyini göstərir. Lakin yeni araşdırma həmin regionun Afrikanın digər hissələrindən mütləq daha əhəmiyyətli olmadığını göstərir. Daha çox ehtimal olunur ki, burada baş verən geoloji proseslər fosillərin qorunması üçün son dərəcə əlverişli şərait yaradıb.

Afrikanın parçalanması əslində təəccüblü deyil. Çünki qitələr insan ömrünün miqyasında demək olar ki, hiss olunmasa da, fasiləsiz hərəkətdədir. 200 milyon ildən çox əvvəl quru vahid superqitədə birləşmişdi. Alimlərin proqnozlarına görə, uzaq gələcəkdə buna bənzər başqa bir superqitə də yarana bilər.

İki tektonik plitənin toqquşduğu yerdə dağlar yaranır, bir-birindən uzaqlaşdığı ərazilərdə isə okeanlar formalaşır.

Bunun bariz nümunəsi Şərqi Afrika riftidir. Hazırda Afrika plitəsi iki hissəyə parçalanır: qitənin böyük hissəsini əhatə edən nəhəng qərb - Nubiya plitəsinə və daha kiçik Somali plitəsinə. Şərq sahillərinin böyük hissəsi, eləcə də Madaqaskar adası sonuncuya daxildir.

Hazırkı araşdırma çərçivəsində alimlər bu sistemin əsas hissələrindən biri olan Turkana riftinə diqqət yetiriblər. Rift Keniyanın və Efiopiyanın ərazisi boyunca bir neçə yüz kilometr uzanır. Tədqiqat qrupu regionda əvvəllər aparılmış seysmik ölçmələri təhlil edib və həmin ərazidə yer qabığının qalınlığını hesablayıb.

Nəticədə məlum olub ki, rift vadisində yer qabığının qalınlığı cəmi 13 kilometrdir. Halbuki kənarlarda bu göstərici 35 kilometr təşkil edir.

Yer qabığının qalınlığı 15 kilometrə qədər "nazikləşdikdə", bu, dönüş nöqtəsinə çevrilir və bundan sonra qitənin parçalanması praktiki olaraq qaçılmaz olur. Nazikləşmə prosesi bir neçə milyon ildən sonra başa çata bilər və məhz bundan sonra yeni okean yarana bilər.

Bu vaxta qədər yer qabığı o qədər nazikləşəcək ki, dərinliklərdən maqma səthə çıxacaq. Maqma toplanaraq soyuyacaq və çökəklik əmələ gətirəcək. Məhz həmin çökəklik yeni okean dibinə çevriləcək, Hind okeanının suları isə bu əraziyə dolacaq.

Mütəxəssislər hesab edirlər ki, bu ərazi 4 milyon il əvvəl uzunmüddətli aktiv vulkanik proses nəticəsində yer qabığının nazikləşməsi mərhələsinə keçib. Maraqlıdır ki, bu tarix regionda aşkar edilmiş ən qədim hominid fosillərinin və digər sübutların yaşı ilə üst-üstə düşür.

Tədqiqat qrupunun fikrincə, bunun səbəbi yer qabığının nazikləşməsi başlayan kimi çöküntü süxurlarının toplanmasının sürətlənməsi ola bilər. Bu isə həmin ərazidə yaşamış canlıların qalıqlarının təfərrüatlı şəkildə qorunması üçün ideal şərait yaradıb.

Gələcəkdə tədqiqatçılar bu məsələni daha ətraflı araşdıraraq regionun bəşər tarixində əslində hansı rolu oynadığını müəyyənləşdirməyə çalışacaqlar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 457   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19 noyabr
.

Koretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb

Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain

20 noyabr
.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20 noyabr
.

Gürcüstanda matəm elan edildi

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək

20 noyabr
.

Fransa Ukraynaya 2 qırıcı verəcək

Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü

19 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr