Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMAQəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sala bilər. Söhbət hüceyrələrin enerji səviyyəsini izləyən, onların böyüməsini, stressə qarşı müdafiəsini və DNT-nin bərpasını tənzimləyən sistemdən gedir.

Alimlər çoxalan maya hüceyrələri üzərində genişmiqyaslı təcrübələr aparıblar. Maya orqanizmləri biologiyada tez-tez model kimi istifadə olunur. Bunun səbəbi onların insan hüceyrələri ilə bir sıra genetik və təkamül xüsusiyyətlərini paylaşmasıdır.

Araşdırma göstərib ki, kofein bioloji qocalma prosesinə hüceyrələrin enerji vəziyyətini müəyyən edən fundamental mexanizm vasitəsilə təsir göstərə bilər. Bu mexanizmin yüz milyonlarla il ərzində təkamül prosesində qorunub saxlandığı bildirilir.

Əvvəllər alimlər kofeinin hüceyrələrin ömrünü uzatmasının əsasən TOR adlı böyümə tənzimləyicisi ilə əlaqəli olduğunu düşünürdülər. Yeni tədqiqat isə başqa bir mexanizmin də mühüm rol oynadığını göstərib. Söhbət AMPK - AMP-aktivləşdirilmiş protein kinaza adlı fermentdən gedir. Bu ferment hüceyrənin enerji "sensoru" kimi fəaliyyət göstərir. Enerji çatışmazlığı yarandıqda AMPK bunu müəyyən edir və hüceyrənin stress şəraitinə uyğunlaşmasına kömək edir. Mütəxəssislər qeyd edirlər ki, AMPK həm maya hüceyrələrində, həm də insan orqanizmində mövcuddur.

Bu ferment maddələr mübadiləsində və DNT-də yaranan zədələrin aradan qaldırılmasında iştirak etdiyindən, kofeinin AMPK sisteminə təsiri uzunömürlülüklə bağlı gələcək araşdırmalar üçün maraqlı istiqamət hesab olunur. Bununla yanaşı, alimlər xatırladırlar ki, kofein digər mühüm bioloji mexanizmə - TOR tənzimləyicisinə də təsir göstərə bilir. TOR hüceyrələrin qida maddələrinin mövcudluğundan asılı olaraq böyüməsini və inkişafını tənzimləyir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 75   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

15 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

İnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO

Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem

18 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Ayla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə

17 sentyabr