Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir".

Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib.

Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onların həyat fəaliyyətinin məhsullarından ibarət biotəbəqədir. Onu effektiv şəkildə kənarlaşdırmaq üçün müəyyən vaxt tələb olunur. 30-60 saniyə ərzində yalnız görünən çirklənmələri təmizləmək mümkündür, lakin çətin əlçatan yerlərdə mikrob təbəqəsini aradan qaldırmaq olmur.

"Dişlərin üç dəqiqə təmizlənməsi təsadüfi rəqəm deyil. Bu vaxt ərzində fırça bütün dişlərin səthini gəzərək ərpi təmizləməyə imkan tapır. Məsələn, bir dəqiqə ərzində bütün diş sırasını, xüsusilə arxa dişləri keyfiyyətlə təmizləmək praktiki olaraq qeyri-mümkündür", - deyə həkim Koryakin izah edib.

Ərpin əmələgəlmə sürəti də öz rolunu oynayır. Bakteriyalar təmizləmədən artıq 1-2 saat sonra ağız boşluğunda çoxalmağa başlayır, bir sutkadan sonra isə ərp minerallaşaraq diş daşına çevrilir. Bu səbəbdən gündə iki dəfə təmizləmə bu prosesi ləngitmək üçün zəruri olan minimumdur.

"Əgər təmizləmə vaxtı qısaldılarsa, ərp çətin əlçatan yerlərdə - dişlər arasında, diş əti zonasında toplanır. Bu, kariyes və gingivitin inkişafına gətirib çıxarır. Daha sonra isə iltihab parodontoza keçir ki, bu da dişlərin laxlaması təhlükəsini yaradır", - deyə stomatoloq xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, araşdırmalar təmizləmə müddəti ilə gigiyenanın keyfiyyəti arasında birbaşa əlaqənin olduğunu təsdiqləyir. İnsanların əksəriyyətində orta təmizləmə vaxtı 45-60 saniyə təşkil edir ki, bu da kifayət deyil. Həmçinin fırça ilə mexaniki təmizləmə ərpin təxminən 60%-ni kənarlaşdırır, qalan hissəsi diş aralarına düşür - onları isə sap və ya xüsusi fırça ilə təmizləmək lazımdır.

"Axşam diş fırçalamaq xüsusilə vacibdir, çünki yuxu zamanı tüpürcək ifrazı azalır və bakteriyalar maneəsiz çoxalmaq imkanı əldə edirlər. Yatmazdan əvvəl diş ərpi təmizlənməzsə, gecə ərzində o bərkiyəcək və səhər onu təmizləmək daha çətin olacaq", - deyə ekspert yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 60   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göbək nahiyəsinə masajla böyrək daşlarını çıxardığını iddia edən şəxsin görüntüləri müzakirə yaratdı - VİDEO

"Böyrək daşı tökürəm" deyərək nümayiş etdirilən görüntülər sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki,kadrlarda bir şəxsin göbək nahiyəsinə müxtəlif hərəkətlərlə masaj etdiyi, daha sonra isə ovucunda saxladığı daşabənzər kiçik parçaları qaba qoyduğu görünür. Şəx

18 sentyabr
.

Gözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma

Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər

17 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Özcan Dənizdən "Kalp yarası" ilə bağlı maraqlı AÇIQLAMA: "Sezen Aksu məni inandırdı"

Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən axşam Girnədə yerləşən otellərdən birində səhnəyə çıxıb. yerli mediaya istinadla xəbər verir ki, sənətçi konsert zamanı 35 illik karyerasından danışıb. Özcan Deniz bu illər ərzində çoxsaylı film, serial və mahnılara imza atdığını deyib:. "35 il dolu keçdi

21 sentyabr
.

Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı

Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric

17 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

İnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO

Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem

18 sentyabr