Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahıNəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazır.

Təxminən 400 il əvvəl Qaliley izah etmişdi ki, insan bədəninin ölçüsünü sadəcə böyütmək mümkün deyil. O bildirirdi ki, ölçülər artdıqca çəki gücdən daha sürətlə artır. Bu isə o deməkdir ki, adi insanla eyni bədən proporsiyalarına malik nəhəng müəyyən mərhələdə öz bədənini saxlaya bilməyəcək.

Qaliley 1638-ci ildə nəşr olunan "İki yeni elm haqqında dialoqlar" kitabında bu problemi möhkəm palıd ağacından hazırlanmış taxta tir nümunəsi üzərində araşdırıb. O, həmin tirin formasını və nisbətlərini tamamilə qorumaqla ölçülərini böyütdükdə nə baş verəcəyini müəyyənləşdirməyə çalışıb.

Böyük tir daha möhkəm olmalıdır, çünki ölçülər artdıqca onun en kəsiyinin sahəsi də artır. Lakin tirin çəkisi eyni nisbətdə artmır. Çəki həcmdən asılı olduğuna görə, ölçüləri 10 dəfə böyüdülmüş tir 1000 dəfə ağırlaşacaq. Onun möhkəmliyi artsa da, kütləsi daha sürətlə artacaq.

Qalileyin izahına görə, bu fərq sonda problem yaradır. Müəyyən ölçüyə çatdıqda konstruksiya öz möhkəmliyi üçün həddindən artıq ağırlaşacaq və artıq özünü saxlaya bilməyəcək.

Qaliley eyni prinsipi canlılara da tətbiq edib. O qeyd edirdi ki, insan sümükləri bədənin ağırlığını daşıyan və əzələlərə hərəkət yaratmağa kömək edən dayaq tirləri kimi fəaliyyət göstərir. Əgər bu sümüklər hazırkı proporsiyaları və hazırlandığı material dəyişdirilmədən böyüdülsəydi, əlavə çəkini daşımaq üçün kifayət qədər möhkəm olmazdı.

Alim yazırdı: "Aydındır ki, kimsə böyük nəhəngin ətraflarının proporsiyalarını adi insanınkı ilə eyni saxlamaq istəyirsə, ya sümükləri hazırlamaq üçün daha sərt və möhkəm material tapmalıdır, ya da orta boylu insanlarla müqayisədə gücün azalmasını qəbul etməlidir".

Qalileyin fikrincə, nəhəng sadəcə daha uzun qollara, daha böyük ayaqlara və daha qalın əzələlərə malik ola bilməzdi. Eyni insan quruluşunu qorumaqla bunu etmək mümkün deyil. Belə bir canlı bütün bədən quruluşunu dəyişməli olardı.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 467   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı

Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"

20 noyabr
.

Uitkoff və Kuşner Çindən Berlinə gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi

19 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr
.

Reuters: "Missuri məhkəməsi Bayer şirkətinin 7,25 milyard dollarlıq razılaşmasını təsdiqləyib"

ABŞ-ın Missuri ştatında məhkəmə Bayer şirkətinin Roundup adlı alaq otlarına qarşı mübarizə vasitəsinin xərçəngə səbəb olması ilə bağlı iddiaların həlli üçün təklif etdiyi 7,25 milyard dollarlıq razılaşmanı təsdiqləyib. Bu qərar Almaniya şirkətinin təxminən on ilə yaxındır üzləşdiyi hüquqi mübahisələri

21 noyabr
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19 noyabr
.

ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq

ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd

20 noyabr
.

Perunun And bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ Lima sakinlərini küçələrə çıxarıb

Alman Geologiya Elmləri Tədqiqat Mərkəzinin məlumatına görə, cümə günü Perunun mərkəzində 6,8 bal gücündə zəlzələ baş verib. Reuters-ə istinadən xəbər verir ki, paytaxt Limada bəzi insanlar küçələrə axışıb. Lakin itki və ya ciddi ziyan barədə dərhal məlumat verilməyib. Perunun Geofizika İnstitutunu

21 noyabr