Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü faktBritni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkən məhz Canet Ceksonun ifasını nəzərdə tutub.

Lakin Cekson mahnını yazdırmayıb. Bundan sonra "Toxic" avstraliyalı müğənni Kayli Minouqa təklif olunub. O da mahnını qəbul etməyib.

Kayli Minouq sonralar etiraf edib ki, səsyazma şirkətinin ofisində mahnının yalnız kiçik bir hissəsini dinləyib və onu ifa etməmək qərarına gəlib. "Toxic" dünya hitinə çevrildikdən sonra isə müğənni bu qərarını qaçırılmış fürsətlərdən biri adlandırıb.

Nəticədə mahnı Britni Spirsə təqdim olunub və onun 2003-cü ildə işıq üzü görən "İn the zone" adlı dördüncü albomuna daxil edilib. "Toxic" albomun ikinci mahnısı olub, "Billboard Hot 100" siyahısında 9-cu pilləyə yüksəlib və bir sıra ölkələrdə hit-paradlara liderlik edib.

Mahnı 2005-ci ildə Britni Spirsə karyerasının ilk "Qremmi" mükafatını qazandırıb. "Toxic" "Ən yaxşı rəqs ifası" nominasiyasında qalib olub. Daha sonra "Rolling Stone" mahnını bütün zamanların 500 ən yaxşı mahnısı siyahısına daxil edib.

Kompozisiyanın klipi də böyük populyarlıq qazanıb. Cozef Kanın çəkdiyi videoda Britni Spirs stüardessa, casus və brilyantlarla örtülmüş qadın da daxil olmaqla bir neçə fərqli obrazda görünür.

"Toxic" sonradan Britni Spirsin konsert proqramlarının ayrılmaz hissəsinə çevrilib, müxtəlif film və seriallarda səsləndirilib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 121   Tarix: 22 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021