"Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı
"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib.
O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandaya hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratmaqdır.
"UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyimiz ev oyunlarına azarkeşlər tərəfindən böyük maraq göstərilir. Satışın ilk mərhələsində təqdim olunan biletlərin qısa müddətdə alınması da bunu bir daha göstərir. Dörd ev oyunu üçün biletlərin vahid formada satışa çıxarılmasında əsas məqsəd Çempionlar Liqasında "Sabah"ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandamıza hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratmaqdır. Dörd qarşılaşmaya giriş imkanı verən biletlərin Çempionlar Liqası səviyyəli oyunlar üçün münasib qiymətə təqdim olunması da məhz azarkeşlərin maraqları nəzərə alınaraq müəyyənləşdirilib".
E.Həmidovun sözlərinə görə, bu satış modeli azarkeşlərin hər oyun öncəsi ayrıca bilet axtarmasına ehtiyacı aradan qaldırır, onlara əvvəlcədən bütün ev qarşılaşmalarında yerlərini təmin etmək imkanı verir:
"Xüsusi olaraq qeyd edim ki, biletlər tükənməyib. Satış prosesi daha çox azarkeşin bilet əldə edə bilməsi və sistemdə yarana biləcək sıxlığın düzgün idarə olunması məqsədilə mərhələli şəkildə həyata keçirilir. Klub olaraq azarkeşlərimizin göstərdiyi böyük marağı yüksək qiymətləndirir və anlayışlarına görə təşəkkür edirik. İnanırıq ki, Çempionlar Liqasının bütün ev oyunlarında tribunaları birlikdə dolduracaq və komandamıza güclü dəstək verəcəyik".
Qeyd edək ki, azarkeşlər bir bilet əldə etməklə komandanın "Slaviya" (Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya) və "Napoli"yə (İtaliya) qarşı keçirəcəyi ev qarşılaşmalarını canlı izləyə biləcəklər.
Biletlərin qiyməti 35-285 manat aralığında dəyişir. Alınmış biletlər geri qaytarılmayacaq, dəyişdirilməyəcək və bərpa edilməyəcək.
Biletlər yalnız QR-bilet formatında təqdim olunur. Biletdən istifadə etmək üçün azarkeşin iTicket.AZ mobil tətbiqində bileti əldə etdiyi hesabına daxil olması tələb olunur. QR-biletlər yalnız qarşılaşmaların keçiriləcəyi gün aktivləşdiriləcək.
Qeyd edək ki, "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 536 Tarix: 22 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər - Foto
Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib. xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb. "Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Gün
8 noyabr"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
"Fənərbağça" müvəqqəti baş məşqçi Dirk Kuytla yollarını ayırıb. Niderlandlı mütəxəssis İsmail Kartal baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra komandanın sükanı arxasına keçmiş və "Liverpul" üzərində tarixi qələbədə mühüm rol oynamışdı. "A Spor"a istinadən xəbər verir ki
8 noyabrFormula 1-də inqilabi qərar - İlk dəfə tətbiq ediləcək
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il mövsümündən etibarən Formula 1 tarixində ilk dəfə tamştatlı yarış nəzarətçilərinin (stüardların) təyin ediləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu islahat uzun müddətdir pilotlar və komandalar tərəfindən tənqid olunan ziddiyyətl
21 noyabrMbappeyə irqçi şüarlar səsləndirən azarkeşə ağır cəza verildi
"Real"ın ulduz futbolçusu Kilian Mbappeyə qarşı irqçi şüarlar səsləndirən azarkeş 11 ay azadlıqdan məhrum edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Belə ki, ötən mövsüm "Real Oviedo"ya qarşı keçirilən matçda azarkeşlərdən bir
17 noyabrAleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
15 noyabr34 yaşında karyerasını bitirdi
PSJ-nin və Fransa millisinin sabiq müdafiəçisi Layvin Kurzava 34 yaşında futbolçu karyerasını bitirdiyini açıqlayıb. xəbər verir ki, fransalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Bir vaxtlar ilk addımı atmaq lazım idi. İndi isə bu yolun sonunu gətirmək üçün doğru anı seçməliyəm
18 noyabrToraldan atmacalı açıqlama - Video
Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov ötən gün Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransındakı atmacalı cavabı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, oyunda baş məşqçinin şans verdiyi istənilən mövqedə oynaya biləcəyini deyə futbolçu jurnalistin "qapıda da"
13 noyabrAzərbaycan güləşçiləri Ermənistana gedəcək
Azərbaycan güləşçiləri Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcək. "Qafqazinfo" -a istinadən xəbər verir ki, 25 noyabr - 1 dekabr tarixlərində qonşu ölkədə deflimpiyaçılar arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan Milli Deflimpiya Komitəsi Avropa Karla
18 noyabr