Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib - Video

Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib - VideoMəlum olduğu kimi, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan sentyabrın 22-də Bakıya səfər edib.

"Qafqazinfo" "NEWS.am"a istinadən xəbər verir ki, IV Bakı Təhlükəsizlik Forumunda iştirak edən Qriqoryan elə ötən gün yerli vaxtla saat 23:40-da ölkəsinə qayıdıb.

İlk olaraq onun olduğu təyyarənin saat 21:40-da İrəvana qayıtmalı olduğu bildirilsə də, eniş gözləniləndən 2 saat sonra baş tutub. Gecikmənin səbəbi isə hələ açıqlanmayıb.

Hava limanında olarkən jurnalistlər Qriqoryana bir neçə sual ünvanlayıblar. Erməni jurnalistlər xüsusilə də Bakıda saxlanılan separatçı ermənilərin geri qaytarılması məsələsinin müzakirə olunub-olunmadığını soruşublar. Buna baxmayaraq, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri sualları cavablandırmayıb.

Qeyd edək ki, sentyabrın 22-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 354   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq

Son vaxtlar ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcək daha bir neçə dövlət proqramı qəbul olunub. Qəbul edilmiş proqramlar arasında üç əsas istiqamətə həsr olunanları xüsusi önəm daşıyır. Bunlar kənd təsərrüfatına

23 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunan müşavirədə sənayenin yeni inkişaf mərhələsinin əsas istiqamətləri təqdi

23 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident onu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Əziz Qardaşım,. 23 Sentyabr - Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız

23 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Dövlət başçısının müşavirədəki çıxışı gələcək istiqamətlərin və yol xəritəsinin konturlarını göstərir - POLİTOLOQ

"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramına dair çıxışı geniş və əhatəli idi və bir neçə aspekti özündə ehtiva edirdi. İlk növbədə bir daha xatırlayırıq ki, işğal dövründə ermənilər Azərbaycanın təbii sərvətlərini talayıb, qarətçilik siyasət

23 sentyabr
.

İlham Əliyev: "Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027-2030-cu illərdə proqram tam icra edilməlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr