Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyur

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyurAzərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft sənayesinin inkişafı baxımından mühüm hadisədir.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dağ-mədən və metallurgiya sənayesinin qarşıdakı illərdə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Dövlət Proqramının hazırlanması bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin və uzunmüddətli inkişaf strategiyasının növbəti göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə qeyri-neft sektorunun inkişafı, sənaye istehsalının genişləndirilməsi, regionların iqtisadi potensialından səmərəli istifadə və yeni iş yerlərinin yaradılması əsas istiqamətlərdəndir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı da bu məqsədlərlə uzlaşır.
Burada söhbət yalnız yeni mədənlərin istismarından və xammal hasilatının artırılmasından getmir. Əsas məsələ Azərbaycanın mineral-xammal ehtiyatlarının daha səmərəli istifadəsi, hasil olunan xammalın ölkə daxilində emalının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının artırılmasıdır. Bu baxımdan xammaldan hazır məhsula qədər vahid istehsal zəncirinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin 1 aprel 2026-cı il tarixli Sərəncamı ilə 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının hazırlanması ilə bağlı konkret tapşırıqlar verilib. Sənəddə mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında əlaqələrin gücləndirilməsi, metal emalının genişləndirilməsi və metallurgiya məhsullarının ixrac potensialının artırılması kimi mühüm istiqamətlər müəyyənləşdirilib.
Dövlət Proqramında alüminium sənayesinin inkişafı da xüsusi yer tutur. "Xammal-emal-son məhsul" prinsipinin tətbiqi ilə istehsal imkanlarının genişləndirilməsi, elektroliz və alüminium yayma məhsullarının istehsal gücünün artırılması ölkənin sənaye potensialının gücləndirilməsinə xidmət edən mühüm addımlardır.
Prezident İlham Əliyevin regionların sənaye potensialının artırılması ilə bağlı həyata keçirdiyi siyasət də bu prosesin mühüm hissəsidir. Gəncə və Şəmkir ərazilərində Qərb Sənaye Parkının yaradılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması və sənaye infrastrukturunun genişləndirilməsi regionların iqtisadi fəallığının artırılmasına hesablanıb.
Dağ-mədən sənayesinin inkişafında işğaldan azad edilmiş ərazilərin potensialından istifadə də mühüm istiqamətdir. Ağdərə rayonunun Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyətə başlaması bunun konkret nümunələrindən biridir. Burada filizin emalı və mis konsentratının istehsalı həyata keçirilir. Belə layihələr həm ərazilərin iqtisadi potensialının reallaşdırılması, həm də ölkənin sənaye imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Dövlət Proqramının qarşıya qoyduğu hədəflər kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027-2030-cu illərdə sektora 5,3 milyard manat investisiyanın yatırılması və 5 mindən çox daimi iş yerinin yaradılması planlaşdırılır.
İnvestisiyaların həm dövlət, həm dövlət müəssisələri, həm də özəl sektor hesabına həyata keçirilməsi bu sahənin inkişafında müxtəlif maliyyə mənbələrinin səfərbər edilməsinə imkan verəcək.
Özəl sektorun bu prosesə cəlb edilməsi xüsusilə əhəmiyyətlidir. Çünki iri investisiya layihələrinin həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi və istehsal imkanlarının genişləndirilməsi üçün dövlət dəstəyi ilə yanaşı, özəl kapitalın imkanlarından da istifadə olunması vacibdir.
Metallurgiya sənayesinin inkişafı aqrar sektor üçün də müəyyən imkanlar yaradır. Yerli sənaye istehsalının genişlənməsi kənd təsərrüfatında istifadə olunan müxtəlif texnika, avadanlıq və metal konstruksiyaların istehsalının inkişafına təkan verə bilər. Bu baxımdan sənaye ilə aqrar sektor arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi regionların kompleks inkişafına xidmət edən amillərdən biri ola bilər.
Dövlət Proqramında dəmir filizi, alüminium, mis və qızıl kimi istiqamətlər xüsusi yer tutur. Bununla yanaşı, yeni yataqların müəyyənləşdirilməsi, geoloji-kəşfiyyat işlərinin genişləndirilməsi və iqtisadi baxımdan səmərəli ehtiyatların sənaye dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur.
Azərbaycanın təbii resurs potensialından səmərəli istifadə etməklə yanaşı, əsas məqsəd həmin resursların ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir. Bu, həm sənayenin inkişafı, həm ixrac imkanlarının genişləndirilməsi, həm də yeni iş yerlərinin yaradılması baxımından mühüm nəticələr verə bilər.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı ölkənin daha geniş sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, proqramın qarşıdakı illərdə icrası sənaye istehsalının genişləndirilməsi, regionların iqtisadi potensialının artırılması, qeyri-neft ixracının şaxələndirilməsi və mineral resursların iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi baxımından yeni imkanlar yaradacaq.

Vahid İsmayılov Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 268   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident onu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Əziz Qardaşım,. 23 Sentyabr - Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız

23 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Əfsuslar olsun ki, Azərbaycand

22 sentyabr
.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyur

Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft sənayesinin inkişafı baxımından mühüm hadisədir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavir

23 sentyabr
.

Dağ-mədən sənayesi Azərbaycanın qeyri-neft sektoruna yeni dinamika gətirir

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas strateji vəzifələrdən biri iqtisadiyyatın şaxələndirilməsinin daha da sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının yeni mərhələyə yüksəldilməsi və ölkənin mövcud təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasıdır. Bu baxımdan dağ-mədə

23 sentyabr
.

Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir

Azərbaycan iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır və bununla əlaqədar müvafiq Dövlət Proqramı hazırlanıb. Proqramın hazırlanması ilə bağlı aprel ayında Ölkə başçısı tərəfindən müvafiq Sərənca

23 sentyabr
.

Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi keçirilən qəbulda iştirak edib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb. Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasında

23 sentyabr
.

Azərbaycan sənayenin yeni strategiyası

Azərbaycanın iqtisadi inkişaf strategiyası son illərdə yeni mərhələyə qədəm qoyub. Ölkəmiz qarşısında duran əsas hədəflərdən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının genişləndirilməsi və təbii sərvətlərdən daha səmərəli istifadə etməkl

23 sentyabr