Bakıda "Formula-1" həyəcanı: Trekdən kənarda azarkeşləri nələr gözləyir? - FOTO

Bakıda "Formula-1" həyəcanı: Trekdən kənarda azarkeşləri nələr gözləyir? - FOTOBakıda keçiriləcək Azərbaycan Qran-prisi yalnız trekdəki sürət və mübarizə ilə məhdudlaşmır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Oxu.Az-a verilən məlumata görə, bu il də "Formula-1" yarış həyəcanını trekdən kənara daşıyacaq.

Azarkeşləri konsertlər, pilotlarla görüşlər, interaktiv əyləncələr və zəngin proqram gözləyir. Bütün bunlar ölkənin əsas idman hadisələrindən birinin ab-havasını daha da rəngarəng edəcək.

Ənənəyə uyğun olaraq, Bakı Bulvarında yenə də Əyləncə zonası fəaliyyət göstərəcək. Bulvarın müxtəlif hissələrində qonaqları rəngarəng əyləncələr, interaktiv fəaliyyətlər və bütün ailə üçün maraqlı proqram gözləyir.

"Formula-1" dünyasına daha yaxından bələd olmaq istəyənlər Fan-zonada yerləşən yarış simulyatorunda özlərini sınaya biləcəklər. F1 yarış simulyatoru iştirakçılara virtual bolidin sükanı arxasına keçərək günün ən sürətli dövrəsi uğrunda mübarizə aparmaq imkanı verəcək.

F1 Pit-Stop yarışı zamanı isə iştirakçılar iki-üç nəfərlik komandalar şəklində pit-stop bacarıqlarını sınayacaqlar. Bolidin təkərlərini ən qısa zamanda dəyişən komandalar final mərhələsində yarışacaqlar. Hər iki fəaliyyətin qaliblərini isə imzalı suvenirlər və paddokda turlar gözləyir.

Digər əyləncə məkanlarında isə "Formula-1"ə fərqli rakursdan nəzər salmaq mümkün olacaq. Azarkeşlər "Formula-1"in nümayiş bolidini və FIA "Formula-1" dünya çempionatının kubokunu görə biləcəklər.

F1 pilotu ilə selfi (F1 Driver Selfie) fəaliyyətində isə qonaqların virtual şəkildə "Formula-1" pilotları və komanda rəhbərləri ilə foto çəkdirmək imkanı olacaq. F1 DJ podiumu isə Qran-prinin ən rəngarəng anlarından biri olan mükafatlandırma mərasiminin ab-havasını canlandıracaq.

Əyləncə proqramı yalnız "Formula-1" mövzusu ilə məhdudlaşmayacaq. Fan-zonada ziyarətçilər üçün müxtəlif idman və əyləncə fəaliyyətləri də təşkil olunacaq. Onlardan biri olan "Ninja Çağırışı"nda iştirakçılar dırmanma divarları, balans və kəndir elementlərindən ibarət maneələr zolağını keçərək çeviklik, güc və koordinasiyalarını sınayacaqlar. Hündürlükdən adrenalini yaşamaq istəyənlər üçün isə Fan-zonada tros vasitəsilə sürətli eniş üçün ziplayn qurulacaq.

Qran-prinin ən kiçik qonaqları üçün də xüsusi proqram hazırlanıb. Uşaq Qran-prisində uşaqlar mini elektrik avtomobillərinin sükanı arxasına keçərək təhlükəsizlik tələblərinə uyğun hazırlanmış xüsusi trekdə yarışa biləcəklər. Uşaq zonasında isə onları tematik akvaqrim və yaradıcılıq üzrə masterklaslar gözləyir. Həmçinin aktiv istirahət üçün müxtəlif batutlar, o cümlədən dəbilqə formasında batut qalası da quraşdırılacaq.

"Formula-1" azarkeşləri üçün əsas tədbirlərdən biri də pilotlarla görüşlər olacaq. Fan-forumlar çərçivəsində pilotlar və komandaların nümayəndələri əsas səhnəyə çıxaraq azarkeşlərin suallarını cavablandıracaq, çempionatın trekdən kənar həyatına dair maraqlı məqamları bölüşəcəklər. Qran-pridən əvvəl pilotların təqdimatı keçiriləcək.

Gün ərzində Qran-pri ərazisində müxtəlif səyyar şoular da nümayiş etdiriləcək. Proqrama milli rəqslər, "Amarok" qrupunun zərb alətləri şousu, Güzgülü rəqqaslar (Mirror Dancers), Güzgülü yarış şousu (Mirror Racing Show), Uçan insanlar (Flying People) və xanımlardan ibarət zərb alətləri şousu (Drum Girls) daxildir.

Fan-zonanın səhnəsində DJ Pancho, Maya Aziz, Nicolas Mun, Nazreen, Tim və Vugarixx, həmçinin Excellent Band və Mardan Band çıxış edəcəklər.

Trekdəki tədbirlər başa çatdıqdan sonra əyləncə proqramı Bakı Kristal Zalında davam edəcək. Cümə axşamı səhnəyə Kalvin Harris, cümə isə Keti Perri çıxacaq. Beləliklə, Qran-prinin ab-havası yarış trekindən kənarda da davam edəcək.

Sentyabrın 24-dən 26-dək Bakıda Qran-pri həyəcanı trekdəki mübarizə ilə məhdudlaşmayacaq. Azarkeşlər üçün təşkil olunan Fan-zona, pilotlarla görüşlər, şoular və konsertlər "Formula-1" həftəsonunun zəngin proqramını tamamlayacaq.
Bakıda "Formula-1" həyəcanı: Trekdən kənarda azarkeşləri nələr gözləyir? - FOTOBakıda "Formula-1" həyəcanı: Trekdən kənarda azarkeşləri nələr gözləyir? - FOTO


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 56   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

Bakıda "Formula-1" həyəcanı: Trekdən kənarda azarkeşləri nələr gözləyir? - FOTO

Bakıda keçiriləcək Azərbaycan Qran-prisi yalnız trekdəki sürət və mübarizə ilə məhdudlaşmır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən -a verilən məlumata görə, bu il də "Formula-1" yarış həyəcanını trekdən kənara daşıyacaq. Azarkeşləri konsertlər, pilotlarla görüşlər, interaktiv əyləncələ

23 sentyabr
.

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib

18 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27

21 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

13 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb

"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir

11 sentyabr