Tənhalıq ömrü 6 il qısaldırmış
Yeni araşdırmaya görə, tənhalıq və sosial təcrid insanın əsas xəstəliklərdən azad yaşadığı müddəti əhəmiyyətli dərəcədə qısalda bilər. Təsirin qadınlar və kişilər arasında fərqli olduğu müəyyənləşib.
"Qafqazinfo" xəbər verir ki, "sosial təcrid" insanın başqaları ilə məhdud təmasda olması və ortaq fəaliyyətlərdə az iştirak etməsi, tənhalıq isə şəxsin ətrafındakılardan uzaqlaşdığını hiss etməsi kimi izah olunur.
Fərqli anlayışlar olmasına baxmayaraq, "Nature Communications" jurnalında dərc olunan araşdırma hər iki vəziyyətin sağlam ömür illərinin azalması ilə əlaqəli olduğunu göstərib.
Tədqiqatçılar 40-69 yaş arasında 270 mindən çox yetkinin məlumatlarını təhlil ediblər. Nəticələrə görə, tənhalıq və sosial təcrid orta hesabla təxminən 6 xəstəliksiz ömür ilinin itirilməsi ilə əlaqələndirilir.
Araşdırmanın aparıcı müəllifi, Tulane Universitetinin professoru Lu Qi bildirib ki, sosial təcrid və tənhalıq insanın xəstəliksiz ömür uzunluğuna əhəmiyyətli təsir göstərə bilər.
Araşdırmada tənhalıq və sosial təcridin depressiya və narahatlıq kimi psixi pozuntulardan azad yaşanan illərin azalması ilə əlaqəsinin 2-ci tip diabet, ürək-damar, xroniki tənəffüs, neyrodegenerativ xəstəliklər və xərçəng kimi fiziki xəstəliklərdən azad yaşanan illərlə müqayisədə daha güclü olduğu müəyyən edilib.
Həm tənhalıq, həm də sosial təcrid yaşayan 50 yaşlı insanların əsas xroniki xəstəliklərdən azad yaşadığı müddət bu halları yaşamayanlarla müqayisədə daha qısa olub.
Tədqiqat tənhalıq və sosial təcridin qadın və kişilərə eyni şəkildə təsir etmədiyini də göstərib.
Qadınlarda bu iki amil 2,4 il daha pis fiziki sağlamlıq və 3,7 il daha pis psixi sağlamlıq göstəricisi ilə əlaqələndirilib. Kişilərdə isə fiziki xəstəliklərdən azad 1,7 il, psixi pozuntulardan azad isə 5,8 il həyat itkisi ilə əlaqə müəyyən edilib.
Tədqiqatçılar qadınlarda tənhalığın psixi sağlamlıqla daha çox əlaqəli olduğunu, kişilərdə isə psixi sağlamlıq problemlərinin sosial təcridlə daha sıx bağlı göründüyünü bildiriblər.
Müəlliflərin fikrincə, bu fərq qadın və kişilərin sosial dəstək və psixoloji rifaha çatmaq üsullarının fərqli olması ilə əlaqəli ola bilər. Kişilərin daha çox fiziki iştirak və müntəzəm sosial əlaqələrə, qadınların isə emosional dəstəyə üstünlük verməyə meyilli olduğu qeyd edilib.
Araşdırmaya görə, sağlam həyat tərzinin qorunması sosial təcridin mənfi təsirlərini müəyyən qədər azalda bilər. Lakin bunun tənhalığın sağlamlığa vurduğu zərəri tam kompensasiya etmədiyi müəyyənləşib.
Tədqiqat həmçinin kişilərin tənhalıq və sosial təcrid yaşamaq ehtimalının daha yüksək olduğunu göstərib. Bununla yanaşı, onların sosial, maddi və iqtisadi resurslara çıxışının, eləcə də, sağlam həyat tərzi göstəricilərinin daha aşağı olduğu müəyyən edilib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 100 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşağa yeməkdə bunları qadağan etməyin
Siz uşağa şirniyyatı qadağan edirsiniz. Hər konfeti nəzarətdə saxlayırsınız. "Zərərli" hesab etdiyiniz məhsulları menyudan çıxarırsınız. Düşünürsünüz ki, bununla sağlam uşaq böyüdürsünüz. Amma bir müddət sonra o, gizlicə şokolad yeməyə və ya makarondan başqa hər şeydən imtina etməyə başlayır
23 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabr100 ildən sonra ilk: Yeni pinqvin növü aşkarlandı
Tədqiqatçılar Hind okeanının cənubunda yerləşən Kergelen adalarında naməlum pinqvin növü aşkar ediblər. Mütəxəssislər bunun son yüz ildən artıq müddət ərzində qeydə alınan ilk yeni pinqvin növü olduğunu bildirirlər. xəbər verir ki, bu barədə "ScienceDaily" nəşri məlumat yayıb. Yeni kəşf oluna
23 sentyabrBir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabr