Uşaqlıqdan tanış olan iki qadın illər sonra bacı olduqlarını öyrəndi
Hindistanın Mumbay şəhərindəki iki fərqli uşaq evindən 1980-ci illərin əvvəllərində övladlığa götürülən Meena Geltink və Minal Tijssen illər sonra Hollandiyada bir-birlərinin doğma bacısı olduqlarını öyrəniblər.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hazırda 43 və 44 yaşlarında olan qadınlar yeniyetməlik dövründə övladlığa götürmə agentliyinin təşkil etdiyi tədbirdə tanış olublar. Görüş zamanı onların bir-birinə çox bənzədiyini görən ətrafdakılar təəccüblənib. Bundan sonra illərlə məktublaşan Meena və Minal bir-birlərinə "bacım" deyə müraciət ediblər.
Təxminən 15 il əlaqələri kəsilən qadınlar daha sonra DNA testi etdiriblər. Test nəticəsində onların 100 faiz uyğunluqla doğma bacı olduqları müəyyənləşib.
Nəticəni aldıqdan sonra Meena böyük təəccüb və sevinc yaşadığını bildirib. Minal isə illər əvvəl tanış olduğu qadının əslində bacısı olduğunu əvvəlcə anlamadığını, sonradan sosial şəbəkədəki fotolardan həqiqəti dərk etdiyini deyib.
Bacıların ilk görüşü avqust ayında parkda baş tutub. Görüş zamanı göz yaşları, qucaqlaşmalar və gülüşlər yaşanıb. May ayından etibarən hər gün əlaqə saxlayan bacılar ailələri ilə də tanış olublar.
İndi onların ortaq arzusu illər əvvəl ayrıldıqları Hindistana birlikdə gedərək Mumbay küçələrində gəzməkdir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 626 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu
Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. -ın məlumatına görə, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağl
10 noyabrXƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
1 noyabrŞəkidə ağır qəzada sürücü hadisə yerində öldü, xəsarət alanlar var
Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan Laçın rayo
1 noyabrÜç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14 noyabr31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Həkim Orxan Cəfərov vəfat edib. -ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib. Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir. Xatırladaq ki, mərhum subay idi və rayond
1 noyabrJurnalist Elnur Şükürov həbs edildi
Jurnalist Elnur Şükürov həbs edilib. APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunla müəyyə
7 noyabr