Avropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək.
Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-14 dərəcə üstələyəcək. Anomal istilərin oktyabrın ilk günlərində də davam edə biləcəyi bildirilir.
Məlumata görə, buna yeni "istilik qübbəsi" səbəb olacaq. Bu, müəyyən bir region üzərində isti havanı uzun müddət saxlayan geniş yüksək təzyiq sahəsidir. Buludların az olması gün ərzində günəş şüalarının havanı daha intensiv qızdırmasına səbəb olacaq.
Ən isti hava Pireney yarımadasında müşahidə ediləcək. İspaniyanın mərkəzi və cənubunda, eləcə də Portuqaliyada həftənin sonuna qədər temperaturun +35...+38 dərəcə olacağı, bəzi ərazilərdə isə +40 dərəcəyə yaxınlaşacağı gözlənilir. Fransanın cənubunda və mərkəzi hissəsində hava təxminən +35 dərəcəyədək qızacaq. Ölkənin şimalında və Benilüks ölkələrində isə temperatur təxminən +30 dərəcə olacaq.
Böyük Britaniyada da qeyri-adi isti hava müşahidə ediləcək. Ölkənin cənubunda və mərkəzi rayonlarında temperatur qısa müddətə +25 dərəcəyədək yüksələ bilər ki, bu da sentyabrın sonu üçün yüksək göstəricidir.
Həftəsonundan etibarən isti hava kütləsi Mərkəzi Avropaya yayılmağa, daha sonra isə şimal-şərq istiqamətində irəliləməyə başlayacaq. Almaniyada temperaturun +27...+29 dərəcə, bəzi ərazilərdə isə +30 dərəcə olacağı gözlənilir. Şimali İtaliyada, Toskanada, Balkanların şimal və mərkəzi hissələrində, eləcə də Yunanıstanda temperatur təxminən +28...+30 dərəcəyə yüksələcək. Ayrı-ayrı ərazilərdə sentyabr ayı üçün yeni temperatur rekordlarının qeydə alınması mümkündür.
Bununla yanaşı, Avropada hava şəraiti kəskin kontrastlı olacaq. Qitənin qərb ucunda tamamilə fərqli hava şəraiti gözlənilir. İrlandiyanın qərbində, Şotlandiyada və Norveçin cənub-qərbində, xüsusilə dağlıq ərazilərdə oktyabrın əvvəlinə qədər bəzi yerlərdə 150 millimetrdən çox yağıntı düşə bilər.
Məlumata görə, isti hava oktyabrın əvvəlində də davam edə bilər. İsti hava kütləsinin getdikcə daha uzaq şimal və şərq istiqamətində yayılacağı bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 96 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi
Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd
23 sentyabrABŞ hərbçiləri Litvaya yola düşüb
ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu
22 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrİranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb
Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs
23 sentyabrSi Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrBuker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı
Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi
23 sentyabrRusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v
22 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabr