ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı.
Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb.
ABŞ-a ixrac edilən avtomobillər ölkənin qanunvericiliyinə uyğun gəlməsi üçün tez-tez modifikasiya edilirdi. Müasir dövrdə avtomobil istehsalçıları modelləri müxtəlif bazarlara asanlıqla uyğunlaşdırmaq üçün əvvəlcədən layihələndirirlər.
İdxal avtomobillərinin Şimali Amerika bazarı üçün dizaynında əsaslı dəyişikliklərin başlanğıcı 1970-ci illərdə qəbul edilən qanunla bağlıdır. Həmin dövrdə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) 215 saylı Federal Avtomobil Təhlükəsizliyi Standartını qəbul edib.
Bu standarta əsasən, 1972-ci ilin sentyabrından sonra istehsal edilən avtomobillər sabit maneəyə qarşı saatda 5 mil (8 km/saat) sürətlə öndən və saatda 2,5 mil (4 km/saat) sürətlə arxadan toqquşmaya ciddi zərər görmədən tab gətirməli idi.
Bir il sonra tələblər sərtləşdirildi: avtomobillərin hər iki istiqamətdə saatda 5 mil (8 km/saat) sürətlə toqquşmaya davam gətirməsi tələb olunurdu. On il sonra isə avtomobil istehsalçılarının təzyiqi nəticəsində NHTSA sürət tələblərini iki dəfə azaltdı.
Lakin həmin vaxta qədər bir çox avtomobil artıq yeni tələblərə uyğunlaşdırılmışdı. Məsələn, əfsanəvi "Mercedes-Benz SL", "Jaguar E-Type" və "Lamborghini Countach" kimi avtomobillərdə yeni plastik bamperlərdən istifadə edilməyə başlandı.
"Lamborghini Countach" dünyanın bir çox ölkəsində belə görünürdü
ABŞ bazarı üçün nəzərdə tutulmuş "Lamborghini Countach" belə görünürdü
Kütləvi bamperlərin quraşdırılması avtomobillərin xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişirdi. Həmin dövrdə Avropada qüvvədə olan normalar o qədər də sərt olmadığından, bir çox avropalı istehsalçı bamperlərin dizayna inteqrasiyası məsələsində çətinlik çəkirdi.
Nəticədə bir çox Avropa avtomobili ABŞ-a daha bucaqlı bamperlərlə göndərilirdi. Yapon istehsalçıları isə bamperləri öz modellərinin dizaynına inteqrasiya etməkdə daha uğurlu idilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 83 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrSentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabrSi Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrRusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v
22 sentyabrİranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb
Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs
23 sentyabr