Sel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Türkiyənin Kastamonu vilayətinin Bozkurt rayonunda 2021-ci ildə baş verən dağıdıcı selin izləri hələ də qalmaqdadır. Bayramqazı kəndində yerləşən üçmərtəbəli binanın demək olar ki, tamamı torpağın altında qalıb, yalnız damı üzə çıxıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, 11 avqust 2021-ci ildə Qərbi Qaradəniz bölgəsində baş verən sel fəlakətindən ən çox zərər çəkən ərazilərdən biri Bozkurt olub. Təbii fəlakət nəticəsində 65 nəfər həyatını itirib, 7 nəfər isə itkin düşüb.
Sel zamanı sağ qalan üçmərtəbəli bina Ezine çayının kənarında yerləşir. Çay üzərində qurulan çöküntü bəndinin arxasında lil və torpağın toplanması nəticəsində bina zamanla torpağa qərq olub. Hazırda yalnız damı görünən tikili bölgəyə gələnlərin diqqətini çəkir və fotoşəkillərə düşür.
Yerli sakinlər bildiriblər ki, binanın ətrafındakı kivi bağları da torpaq altında qalıb. Onların sözlərinə görə, vaxtilə yaşayış və kənd təsərrüfatı üçün istifadə olunan ərazi sel fəlakətindən sonra tamamilə dəyişib.
Bölgə sakinləri üçün torpaqdan yalnız damı görünən bina 2021-ci il selinin yaratdığı dağıntıların yadda qalan izlərindən biri olaraq qalır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 976 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu
Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. -ın məlumatına görə, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağl
10 noyabrXƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
1 noyabrŞəkidə ağır qəzada sürücü hadisə yerində öldü, xəsarət alanlar var
Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan Laçın rayo
1 noyabrÜç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14 noyabr31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Həkim Orxan Cəfərov vəfat edib. -ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib. Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir. Xatırladaq ki, mərhum subay idi və rayond
1 noyabrJurnalist Elnur Şükürov həbs edildi
Jurnalist Elnur Şükürov həbs edilib. APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunla müəyyə
7 noyabr