"FAKTI" Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: "Bu, absurddur"

"FAKTI" Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: "Bu, absurddur"Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığı və bu qərarın absurd adlandırıldığı material dərc edib.

"Report" xəbər verir ki, məqalə müəllifi mükafatın təsisçilərinin birtərəfli yanaşma seçməsindən və Azərbaycan Prezidenti İlham Əliyevi qeyd etməməsindən təəccübünü ifadə edir, çünki Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması hər iki tərəfin siyasi iradəsinin və güzəştlərinin nəticəsi idi.

Nəşr xatırladır ki, 2025-ci ilin yayında Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə birgə bəyannamə imzalayaraq çoxillik qarşıdurmanın başa çatmasının əsasını qoyublar.

"Münaqişənin başa çatmasının hər iki tərəfin siyasi iradəsinin və güzəştlərinin nəticəsi olmasına baxmayaraq, mükafat yalnız Paşinyana verildi. Ermənistanın Baş naziri xüsusi olaraq Almaniyaya getdi və münsiflər heyətinin birtərəfli yanaşmasını görməzdən gələrək mükafatı qəbul etdi", - məqalədə bildirilir.

Müəllifin fikrincə, Hessen mükafatının verilməsi qərarı Ermənistan-Azərbaycan barışığının Azərbaycan və Ermənistan rəhbərliyinin birgə nailiyyəti kimi qiymətləndirildiyi digər beynəlxalq mükafatlardan xüsusilə kəskin şəkildə fərqlənir.

"2026-cı ilin fevralında Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan beynəlxalq münsiflər heyəti tərəfindən verilən və 1 milyon dollar pul fondu olan "Zayed İnsan Qardaşlığı Mükafatı"nı, bu ilin aprelində isə sülh və barışıq üçün "Gernika" mükafatını alıblar. Hessen mükafatının administrasiyası bu beynəlxalq kontekstə məhəl qoymayaraq Azərbaycanı ümumi sülh formulundan kənarda qoyub və ikitərəfli siyasi nailiyyəti Nikol Paşinyanın şəxsi töhfəsinə çevirib", - məqalədə bildirilir.

Müəllif vurğulayır ki, Hessen mükafatının təşkilatçıları Ermənistandakı demokratik islahatları ayrıca qeyd edərək Paşinyanın daim demokratik islahatlar prosesinə rəhbərlik etdiyini və ölkədə demokratik institutların yaradılması üçün yorulmadan səy göstərdiyini bildirib. Bununla belə, müəllif bu qiymətləndirmələri şübhə altına alan bir sıra faktları diqqətə çatdırır:

"Lakin təkzibolunmaz faktlar bunun əksini göstərir - Ermənistanda müxalifətin təqib olunması pik həddə çatıb, 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində isə avropalı müşahidəçilər bir sıra ciddi pozuntular aşkar ediblər".

Materialda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xüsusi əlaqələndiricisi və qısamüddətli müşahidə missiyasının rəhbəri Fərəh Kəriminin sözləri sitat gətirilir. O bildirib ki, Ermənistanda seçki kampaniyası son dərəcə qarşıdurma xarakterli olub, parçalayıcı ritorika ilə müşayiət edilib, həmçinin səslərin satın alınması ilə bağlı ittihamlar və seçki qanunvericiliyinin pozulmasına dair digər faktlar yer alıb.

Seçki kampaniyasına təzyiq kontekstində Ermənistan Baş Prokurorluğunun statistikasına da istinad edilir: 2026-cı il fevralın 7-dən iyunun 7-dək seçkilərlə bağlı 210 cinayət işi və 349 nəfərə qarşı cinayət təqibi başlayıb.

Eyni zamanda, müəllif xatırladır ki, Ermənistanda Paşinyanın Erməni Apostol Kilsəsinin lideri - Ermənistan Katolikosu II Qareginlə açıq müharibəsi fonunda kilsə rəhbərinə qarşı cinayət işi başlanıb. II Qaregin baş nazirin daimi tənqidçilərindən biri idi: o, Paşinyanın istefasını tələb edir və onun hökumətini 2020-ci ildə Qarabağ müharibəsində məğlub olmaqda günahlandırırdı. Fevralın 14-də Katolikosa qarşı cinayət işi açılıb. Onun ölkədən çıxışına da qadağa qoyulub.

"Regionda sülhə töhfə verdiyinə görə siyasətçinin mükafatlandırılması öz-özlüyündə absurd qərardır. Lakin mükafatı verən tərəfin Ermənistanda müxalifət fəallarına qarşı bir sıra cinayət işləri, həbslər və məhkəmə proseslərindən başqa bir şey olmayan "demokratik nailiyyətlərinə" istinad etməsi ikiqat təəccüb doğurur", - məqalədə bildirilir.

Müəllif sonda yazır ki, Nikol Paşinyanın mükafatlandırılması sülh işinə verilən töhfənin qərəzsiz qiymətləndirilməsi kimi deyil, Avropa İttifaqına (Aİ) doğru geosiyasi dönüşü səbəbindən qitənin elitalarının Ermənistanın xeyrinə həyasız siyasi jesti kimi görünür.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 359   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb

"Bu gün bizim üçün əlamətdar gündür. Belə ki, 12 noyabr müstəqil Azərbaycan dövlətinin Konstitusiya Günüdür. 1995-ci ildə Azərbaycan tarixində ilk dəfə ümumxalq referendumu keçirildi və müstəqil dövlətimizin Konstitusiyası qəbul olundu". Bu fikirləri -a açıqlamasında politoloq Samir Hümbəto

12 noyabr
.

Azərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir

"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir

11 noyabr
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalq

15 noyabr
.

İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər 2025-ci il avqustun 8-d

12 noyabr
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

11 noyabr
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11 noyabr
.

Avropa Siyasi Birliyinin sammiti: dəyişən geosiyasi mənzərə və Azərbaycanın artan siyasi çəkisi

"Dünya siyasətində yeni güc balansının formalaşdığı, beynəlxalq münasibətlərin ciddi transformasiyaya məruz qaldığı və təhlükəsizlik məsələlərinin dövlətlərin xarici siyasətində əsas prioritetə çevrildiyi bir dövrdə Avropa Siyasi Birliyinin (ASB) sammiti mühüm siyasi hadisə kimi diqqət mərkəzindədir

13 noyabr
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11 noyabr
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

14 noyabr