Süni intellekt kosmosa yerləşdirilir: "Google" ilk peykini buraxacaq
"Google" şirkəti kosmosda süni intellekt infrastrukturunun yaradılması üzrə "Suncatcher" layihəsi çərçivəsində TPU prosessorlarının səmərəliliyini qiymətləndirmək üçün ilk sınaq peykini orbitə çıxaracaq.
Oxu.Az bu barədə şirkətin saytına istinadən xəbər verir.
"Çoxillik tədqiqatlardan sonra "Suncatcher" layihəsi orbitdə ilk sınağına hazırlaşır. Kosmosda "Google Tensor Processing Units" prosessorlarının məhsuldarlığını qiymətləndirmək üçün peyk prototipi buraxılacaq", - deyə şirkətin məlumatında qeyd olunur.
Layihənin əsas məqsədi süni intellekt infrastrukturu ilə təchiz edilmiş peykləri Yerətrafı orbitə çıxarmaqdır. Şirkətin ilkin hesablamalarına görə, bu peyklər Yer səthindəki sistemlərlə müqayisədə səkkiz dəfə çox enerji istehsal edə biləcək.
TPU-nun ilk buraxılışı 2026-cı il oktyabrın 1-də "Planet" şirkətinin "SpaceX" ilə birgə hazırladığı "Transporter-18" kosmik missiyası çərçivəsində həyata keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 91 Tarix: 25 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrUşağa yeməkdə bunları qadağan etməyin
Siz uşağa şirniyyatı qadağan edirsiniz. Hər konfeti nəzarətdə saxlayırsınız. "Zərərli" hesab etdiyiniz məhsulları menyudan çıxarırsınız. Düşünürsünüz ki, bununla sağlam uşaq böyüdürsünüz. Amma bir müddət sonra o, gizlicə şokolad yeməyə və ya makarondan başqa hər şeydən imtina etməyə başlayır
23 sentyabr"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır
"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir
22 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabr30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21 sentyabrBritaniyalı qadın səhərlər gəzməyə başladı və gözlənilməz bir kəşf etdi
Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib. -ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb. Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümra
23 sentyabr