"Fənərbağça"ya niyə transfer qadağası qoyuldu? - Səbəb açıqlandı

"Fənərbağça"ya niyə transfer qadağası qoyuldu? - Səbəb açıqlandıFİFA "Fənərbağça" klubuna üç dönəm müddətinə transfer qadağası tətbiq edib. Sarı-lacivərdli klub verilən cəza ilə bağlı açıqlama yayıb. Qadağanın müəyyən ödənişlərin həyata keçirilməsindən sonra aradan qaldırılacağı bildirilib.

Qaynarinfo-nun məlumatına görə, "Fənərbağça" klubunun açıqlamasında bildirilib ki, üç transfer dönəmi üçün tətbiq edilən qadağa müvəqqətidir və 2024-2025 mövsümündə komandaya qoşulan Yussef En-Nəsirinin transfer haqqı ilə bağlıdır:

"Mətbuatda klubumuzla bağlı yer alan FİFA-nın transfer qadağası barədə xəbərlərlə əlaqədar azarkeşlərimizi və ictimaiyyəti məlumatlandırmaq istəyirik. Klubumuza tətbiq edilən üç transfer dönəmlik qadağa müvəqqətidir və 2024-2025 mövsümündə komandamıza qoşulan Yussef En-Nəsirinin transfer haqqı ilə bağlıdır.

Futbolçunun transfer haqqına dair 30 aprel 2026-cı il tarixində ödənilməli olan taksit ödənilmədiyi üçün müvafiq klub FİFA-ya müraciət edib. Rəhbərliyimiz də vəzifəsinin icrasına başladıqdan sonra gecikmiş taksiti ödəyib. Müvafiq klubun FİFA-da açdığı işdə növbəti taksitin də ödənilməsi tələb olunub. Biz isə ödənişi həyata keçirmək üçün FİFA-nın qərarını gözləmişik.

Klubumuz FİFA-nın qərarı ilə müəyyən edilən ödənişi ilk iş günü - bazar ertəsi həyata keçirəcək. FİFA qarşısında bürokratik prosedurlar tamamlandıqdan sonra transfer qadağası aradan qaldırılacaq.

Bundan əlavə, əvvəlki dövrə aid bütün maliyyə göstəriciləri və öhdəliklər sabah, sentyabrın 27-də keçiriləcək növbəti Ümumi Qurultayımızda Konqres üzvlərimiz və ictimaiyyətlə şəffaf şəkildə paylaşılacaq".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 252   Tarix: 26 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki

4 oktyabr
.

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. O

5 oktyabr
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

1 oktyabr
.

"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb

"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün 25 minə yaxın bilet satılıb. Bu barədə -a Tovuz kollektivinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib. "Matç saatına qədər bütün biletlərin satılacağını istisna etmirik

2 oktyabr
.

Portuqaliya millisinin baş məşqçisi ilə Ronaldo arasındakı münaqişə həll olunub

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla və Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub. xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. 41 yaşlı hücumçu və 72 yaşlı mütəxəssis UEFA Millətlər Liqasında Norveçlə (2:1) oyundan sonra yaranmış fikir ayrılıqlarını aradan qaldırıblar

30 sentyabr
.

Bakıdakı dünya çempionatında möhtəşəm mənzərə: Bacı-qardaş eyni vaxtda tatamiyə çıxdı - Video

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Yaponiyanın məşhur Abe bacı-qardaşlarının eyni vaxtda tatamiyə çıxması maraqlı görüntü ilə yadda qalıb. xəbər verir ki, Hifumi Abe (66 kq) və bacısı Uta Abe (52 kq) yarışın ikinci günündə öz çəki dərəcələrində eyni vaxtda mübarizə aparıblar. Hər iki cüdoç

5 oktyabr
.

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğurunda döyüşə çıxacaq

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu mərhələdə fransalı Dalyan Boulemtafeslə qarşılaşıb. R.Məmmədəliyev rəqibinə 0:2 hesabı ilə uduzub. Cüdoçumuz mübarizəni təsəlliveric

6 oktyabr
.

Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb

Azərbaycan Basketbol Liqasının (ABL) I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb. Bu barədə -a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib. I turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan "Naxçıvan" - "Neftçi" qarşılaşması baş tutmayacaq. Buna səbəb "Neftçi"ni

1 oktyabr
.

Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video

Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ

4 oktyabr