Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT
Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yəni təxminən 56-52 milyon il əvvələ aiddir. Onların qalıqları Asiya, Şimali Amerika, Avropa və Avstraliya da daxil olmaqla müxtəlif qitələrdə tapılıb.
Həmin dövrdə bu heyvanlar artıq uçmaq qabiliyyətinə malik olub, bəzi növlər isə exolokasiyadan istifadə edib.
Uçuş qabiliyyətinin və səs vasitəsilə istiqamətlənmənin necə yarandığını müəyyən etmək üçün alimlər ən qədim ortaq əcdadın harada yaşadığını və yarasalar arasındakı qohumluq əlaqələrini araşdırıblar.
Hazırda dünyada 1,5 mindən çox yarasa növü mövcuddur. Bu, bütün müasir məməlilərin növ müxtəlifliyinin 20 faizindən çoxunu təşkil edir.
Tədqiqat zamanı alimlər riyazi modeldən istifadə edərək 103 növün genomunu təhlil ediblər. Onlardan 42-nin genomu tam şəkildə deşifrə olunub. Araşdırmaya tanınmış 21 yarasa fəsiləsinin hamısının nümayəndələri daxil edilib.
Genetik məlumatlar 65 növün, o cümlədən 21 müasir və 44 fosil növün anatomik xüsusiyyətləri və sümük quruluşu ilə bağlı məlumatlarla tamamlanıb.
Əvvəlcə alimlər 699 əlaməti müqayisə ediblər. Daha sonra nəticələrin təhrif olunmaması üçün təkrarlanan və bir-birindən asılı parametrlər siyahıdan çıxarılıb.
Əldə edilən təkamül ağacı tapılmış qalıqların yaşı nəzərə alınmaqla tarixləndirilib. Yarasaların yayılma marşrutları müəyyən edilərkən qitələrin qədim dövrlərdəki yerləşməsi və bu heyvanların uzun məsafələri qət etmək qabiliyyəti də nəzərə alınıb.
Təhlil göstərib ki, paleosen dövrünün sonunda bütün yarasaların ortaq əcdadı Avropada yaşayıb. Daha sonra onun nəsilləri Afrikaya köçüb. Buradan isə müxtəlif təkamül xətləri bir-birindən asılı olmayaraq Asiya, Amerika və Avstraliyaya yayılıb.
Yarasaların əsas təkamül qolları təxminən 56 milyon il əvvəl, Yer kürəsində kəskin istiləşmənin baş verdiyi dövrdə ayrılıb.
Tədqiqatçılar bildirirlər ki, hər bir təkamül xəttinin inkişaf tarixi fərqli olub. Müasir yarasaların iki əsas qolundan birinin formalaşmasını isə alimlər heyvanların Afrikaya erkən yayılması ilə əlaqələndiriblər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 162 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aristotelin İsgəndərə dərs dediyi məktəb tapıldı - 2300 illik sirr açılır
Yunanıstanın şimalında yerləşən qədim Mieza şəhərində eramızdan əvvəl IV əsrə aid iri arxeoloji kompleks aşkarlanıb. xarici KİV-ə istinadla xəbər verir ki, kompleksin məşhur filosof Aristotelin gənc Makedoniyalı İsgəndərə dərs dediyi məktəb olduğu ehtimal edilir. Arxeoloji qazıntılar zamanı ərazidə ik
23 sentyabrGələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq
"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd
27 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrTənhalıq ömrü 6 il qısaldırmış
Yeni araşdırmaya görə, tənhalıq və sosial təcrid insanın əsas xəstəliklərdən azad yaşadığı müddəti əhəmiyyətli dərəcədə qısalda bilər. Təsirin qadınlar və kişilər arasında fərqli olduğu müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, "sosial təcrid" insanın başqaları ilə məhdud təmasd
24 sentyabrBritaniyalı qadın səhərlər gəzməyə başladı və gözlənilməz bir kəşf etdi
Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib. -ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb. Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümra
23 sentyabrYuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğun qeyri-adi səbəblərindən birini açıqlayıb. Ana Gerrero Brananın sözlərinə görə, səliqəli insanlard
25 sentyabrBədənin əsl yaşı gözlərdə gizli imiş
Cənubi Koreyada aparılan yeni bir araşdırma gözün arxa hissəsindəki torlu qişanın (retinanın) bədənin qocalma sürəti haqqında mühüm ipucları daşıya biləcəyini ortaya qoyub. Təxminən 30 min retina görüntüsündən yararlanan elm adamları göz müayinələrindən insanın yaşı və ümumi sağlamlıq durumu ilə əlaqəl
26 sentyabrGənclər imtina edir, köhnə nəsil vacib bilir - Toylarda MÜBAHİSƏLİ ƏNƏNƏ
Azərbaycanda toy mərasimlərində bu gün də qorunub saxlanılan maraqlı adətlərdən biri gəlinin belinə qırmızı lent bağlanmasıdır. Xüsusilə bəzi bölgələrdə geniş yayılan bu ənənə toy mərasiminin diqqətçəkən rituallarından biri hesab olunur. Bəs gəlinin belinə qırmızı lent bağlanmasının tarixi və simvoli
27 sentyabrUşağa yeməkdə bunları qadağan etməyin
Siz uşağa şirniyyatı qadağan edirsiniz. Hər konfeti nəzarətdə saxlayırsınız. "Zərərli" hesab etdiyiniz məhsulları menyudan çıxarırsınız. Düşünürsünüz ki, bununla sağlam uşaq böyüdürsünüz. Amma bir müddət sonra o, gizlicə şokolad yeməyə və ya makarondan başqa hər şeydən imtina etməyə başlayır
23 sentyabr