Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişəm və danışmamışam", - deyə o, son açıqlamasında bildirib.

Bununla yanaşı, ABŞ-li qadın sənətçidən və ya onun nümayəndələrindən heç bir təhdid görmədiyini, pul almadığını və bu etirafı etmək üçün ona rüşvət verilmədiyini də vurğulayıb.

Ötən il məhkəmə sənədlərində Ceyn Dou kimi qeyd olunan anonim şəxs iddia qaldıraraq 2000-ci ildə "MTV Video Music Awards" mərasimindən sonrakı əyləncə gecəsində Jay-Z və P.Diddy (Şon Kombs) tərəfindən narkotik vasitə verilərək zorlandığını bildirmişdi. Lakin 2025-ci ilin fevralında o, şikayətini geri götürüb, ardınca isə Karter qadını və onun hüquqşünaslarını məhkəməyə verib.

Qadının sözlərinə görə, bu iddialar "Facebook" sosial şəbəkəsində Kombsa qarşı zorakılıq şikayəti olan şəxslərin axtarılması barədə elanı gördükdən və onda "xatirələrin oyanması"ndan sonra ortaya çıxıb. Eyni zamanda o qeyd edib ki, məhkəməyə müraciət edilməsinə icazə verməyib, iddia ərizəsinin layihəsi ilə tanış olmayıb, vəkillər isə sənədləri "müstəqil araşdırma aparmadan, faktları yoxlamadan və lazımi diqqət yetirmədən" məhkəməyə təqdim ediblər.

Jay-Z ilk gündən bu ittihamları rədd edərək onları "şantaj cəhdi", "əsassız, uydurma və hiddətləndirici iddialar" adlandırmışdı. İddianın geri götürülməsindən sonra Beyonse ilə evli olan repçi ailəsinin və yaxınlarının yaşadıqları ağır psixoloji sarsıntıdan danışıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 32   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr
.

Məkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi

Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi

24 sentyabr
.

Tramp: İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib

26 sentyabr
.

Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib

Türkiyəli jurnalist Ali Tarakcı sosial media hesabında paylaşdığı saxta məlumata görə həbs edilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində A. Tarakcı barəsində Türkiyə Cinayət Məcəlləsini

27 sentyabr
.

İranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var

İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır

26 sentyabr
.

Ermənistanda hərbçi naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb

Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Qurumdan qeyd edilib ki, hazırda hadisənin səbəbləri araşdırılır

24 sentyabr
.

İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl

24 sentyabr
.

ABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini

25 sentyabr
.

Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib

27 sentyabr