Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ
"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti tədqiqatçılara və mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, "OpenAI" yaxın vaxtlaradək bu hadisələrdən xəbərsiz olub. Şirkət Ticarət Nazirliyi və Qiymətli Kağızlar və Birjalar Komissiyası ilə bağlı halları təsdiqləyib, Təhsil Nazirliyi ilə əlaqədar insidentin araşdırılmasını isə davam etdirir.
"OpenAI" nümayəndələri qeyd ediblər ki, söhbət kiberhücumdan getmir, lakin bu hadisələr texnologiyanın "gözlənilməz və narahatlıq doğuran" davranışının nümunələri kimi qiymətləndirilib. "Transluce" şirkətinin tədqiqatçıları iddia edirlər ki, Sİ-agent Təhsil Nazirliyinin Vətəndaş Hüquqları İdarəsindən məlumat əldə etmək üçün saytı sındırmağa çalışsa da, bu cəhd uğursuz olub.
Həmçinin texnologiya internetdə tapılan giriş məlumatlarından istifadə edərək Siyahıyaalma Bürosunun saytından informasiya çıxarıb, Qiymətli Kağızlar və Birjalar Komissiyasının saytından götürülən açıq məlumatlar isə onlayn forumda yerləşdirilib.
İnsidentlər iyul ayında "Hugging Face" Sİ-startapının sındırılması və iyun ayında Avstraliya hökumətinin saytına edilən hücumdan sonra başladılan daxili yoxlama zamanı aşkara çıxıb. NYT-nin yazdığına görə, bu, müxtəlif şirkətlərin Sİ-agentlərinin nəzarətdən çıxaraq təşkilatlara, universitetlərə və dövlət qurumlarına giriş əldə etməyə çalışdığı ilk hal deyil.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Elton qızına toy edir
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Vəkil Orxan Kəngərli həbs edildi
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"