Xaçmazda 9 nəfərin xəsarət alması ilə nəticələnən AĞIR QƏZA: Vəziyyətləri açıqlandı - FOTO/VİDEO

Xaçmazda 9 nəfərin xəsarət alması ilə nəticələnən AĞIR QƏZA: Vəziyyətləri açıqlandı - FOTO/VİDEOXaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan doqquz nəfər (dörd kişi, beş qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. İki nəfər (qadın) ambulator müalicə üçün evə buraxılıb. Digər xəsarət alan şəxslərə instrumental müayinələr icra edilib. Onların hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.

01:56

Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan doqquz şəxsin kimliyi məlum olub.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Gəndov-Yalama avtomobil yolunun Çarxı kəndindən keçən hissəsində 50-DM-669 dövlət nömrə nişanlı VAZ-2106 və 22-BO-608 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Naxçıvan şəhər sakini, 1988-ci il təvəllüdlü P.Əlixanova, Ağsu rayon sakinləri - 1997-ci il təvəllüdlü S.İsmayılov və 1993-cü il təvəllüdlü İ.İsmayılov, Şabran rayon sakinləri - 1972-ci il təvəllüdlü A.İbrahimov, 1964-cü il təvəllüdlü İ.İsmayılov, 1995-ci il təvəllüdlü Z.İsmayılova, 1991-ci il təvəllüdlü F.Məmmədova, 2011-ci il təvəllüdlü Ə.Məmmədova və 2015-ci il təvəllüdlü R.Məmmədovadır.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

00:16

Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, VAZ-2107 və VAZ-2106 markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində doqquz nəfər ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Xaçmazda 9 nəfərin xəsarət alması ilə nəticələnən AĞIR QƏZA: Vəziyyətləri açıqlandı - FOTO/VİDEOXaçmazda 9 nəfərin xəsarət alması ilə nəticələnən AĞIR QƏZA: Vəziyyətləri açıqlandı - FOTO/VİDEOXaçmazda 9 nəfərin xəsarət alması ilə nəticələnən AĞIR QƏZA: Vəziyyətləri açıqlandı - FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 293   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İmişli Şəkər Zavodunda yanğın oldu

İmişli Şəkər Zavodunun ərazisində yanğın olub. xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarında

28 sentyabr
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

3 oktyabr
.

"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar

saytına istinadən xəbər verir ki, sosial şəbəkələrdə ⁠by_.mila_⁠ hesabı ilə fəaliyyət göstərən və özünü "estetik kosmetoloq" kimi təqdim edən Ramilə Əlizadə ilə bağlı redaksiyaya müraciət daxil olub. Müraciətdə bildirilir ki, Ramilə Əlizadə "Laser Beauty CLINIC" adlı məkanda müxtəli

27 sentyabr
.

"Daş abidə" parkının yerini kim alıb? - Anar Quliyev icazə verib?​

Ərazi hasarlanıb, "Daş abidə" parkı yerlə yeksan olunub.  . Bizimesr.media xəbər verir ki, söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Fərhad Babayev küçəsində tikilən böyük obyektdən gedir. Həmin ünvanda əvvəllər "Daş abidə"nin yerləşdiyi kiçik park olub. Uzun illər baxımsız vəziyyətd

26 sentyabr
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

3 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

3 oktyabr
.

Azərbaycanda DƏHŞƏT! 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu

Naxçıvanda 78 yaşlı kişi nəvəsinin sevgilisini öldürməyə cəhd edib. -ın məlumatına görə, hadisə Şərur rayonunun Çomaxtur kəndində baş verib. Rayonun Alışar kənd sakini Fəxrəddin Məmmədov (soyad şərtidir - red.) rayon ərazisindəki marketlərdən birində satıcı işləyərkən ora alverə gələn xanımla tanış olub

26 sentyabr
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşulardan bir

4 oktyabr