Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMA

Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMASon dövrlər bir şəxsin adına rəsmiləşdirilən kredit vəsaitindən başqa bir şəxsin istifadə etməsi ilə bağlı müxtəlif hallar gündəmə gəlir. Belə vəziyyətlərdə kredit müqaviləsinin kiminlə bağlanması, pul vəsaitindən faktiki olaraq kimin istifadə etməsi və tərəflər arasında hər hansı hüquqi razılaşmanın olub-olmaması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə kredit götürən şəxsin borcun başqa şəxsin üzərinə keçirilməsinə razılığının olub-olmaması hüquqi məsuliyyət baxımından mühüm məsələdir.

Bəs, şəxsin adına rəsmiləşdirilən kreditdən pulu başqa biri istifadə edibsə, kredit borcunu hüquqi olaraq kim ödəməlidir və kredit götürən şəxsin razılığı və ya iştirakı olmadan borcun başqa şəxsin üzərinə keçirilməsi mümkündürmü?
Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, bu məsələyə hüquqi qiymət verilərkən ilk növbədə kredit müqaviləsinin tərəfləri, müqavilənin məzmunu və borcun başqa şəxsə keçirilməsi ilə bağlı hüquqi əsaslar müəyyən edilməlidir:

"Kredit müqaviləsi üzrə borcalan kimdirsə, əsas öhdəlik də onun üzərindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitini müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və digər ödənişlərin ödənilməsi şərtilə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 744.2-ci maddəsi isə kredit müqaviləsində borcalanın adının və ünvanının, kreditin məbləğinin, qaytarılma müddətinin, ödəniş şərtlərinin və digər mühüm məlumatların göstərilməsini tələb edir. Bu baxımdan, kredit müqaviləsində A şəxsi borcalan kimi göstərilibsə, kredit vəsaitindən faktiki olaraq B şəxsin istifadə etməsi öz-özlüyündə bank qarşısında borcalanın dəyişməsi demək deyil. Başqa sözlə, puldan faktiki istifadə edən şəxslə bank qarşısında müqavilə üzrə borclu olan şəxs hüquqi baxımdan eyni şəxs olmaya bilər".

Vəkil bildirib ki, kredit vəsaitinin başqa şəxsin hesabına köçürülməsi də borcalanı avtomatik dəyişmir:

"Mülki Məcəllənin 739.3-cü maddəsinə görə, borcun verildiyi gün borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabına vəsaitin daxil olduğu gün hesab edilə bilər. Bu norma kredit vəsaitinin borcalanın göstərdiyi üçüncü şəxsin hesabına köçürülməsinin mümkün olduğunu göstərir. Lakin bu hal həmin üçüncü şəxsi kredit müqaviləsi üzrə borcalana çevirmir. Deməli, kredit A şəxsin adına rəsmiləşdirilibsə və A öz iradəsi ilə kredit vəsaitinin B şəxsin hesabına köçürülməsinə razılıq veribsə, bu, avtomatik olaraq B-nin bank qarşısında borcalan olması nəticəsini yaratmır. A ilə B arasında ayrıca razılaşma olduqda da vəziyyət dəyişmir. Məsələn, A bankdan 10 min manat kredit götürüb və həmin pulu B şəxsə verib. B isə A-ya bildirib ki, kredit üzrə bütün ödənişləri özü həyata keçirəcək. Bu halda A ilə B arasında ayrıca hüquqi münasibət yarana bilər. Lakin həmin razılaşma bankın tərəf olmadığı ayrıca razılaşmadırsa, bu, bankla A arasında bağlanmış kredit müqaviləsini avtomatik dəyişmir".

Onun sözlərinə görə, Mülki Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır:

"405.1-ci maddəyə əsasən isə tərəflər müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Ona görə də A və B arasında mövcud olan razılaşma onların öz aralarındakı hüquq və öhdəlikləri müəyyən edə bilər, lakin bankın razılığı olmadan A-nın bank qarşısındakı borcalan statusunu avtomatik aradan qaldırmır. Bəs borcun başqa şəxsin üzərinə keçirilməsi mümkündürmü? Bu məsələdə əsas norma Mülki Məcəllənin 522-ci maddəsidir. Borcun başqa şəxsə keçirilməsi zamanı söhbət sadəcə üçüncü şəxsin "mən bu borcu ödəyəcəyəm" deməsindən getmir. Hüquqi baxımdan borclunun dəyişməsi üçün qanunun tələb etdiyi qaydada borcun keçirilməsi rəsmiləşdirilməli və kreditorun razılığı nəzərə alınmalıdır. Mülki Məcəllənin 522-ci maddəsinin mahiyyətinə görə, kreditor icazə verməyənədək öhdəliyi üzərinə götürmüş şəxsin borcluya münasibətdə vəziyyəti kreditor qarşısında avtomatik olaraq əvvəlki borclunun yerini tutması nəticəsini yaratmır. Bu səbəbdən A və B öz aralarında "kredit bundan sonra B şəxsin borcudur və bütün ödənişləri B edəcək" şəklində razılaşsalar belə, bankın razılığı olmadan A-nın bank qarşısındakı borclu statusunun avtomatik olaraq B-yə keçdiyini hesab etmək olmaz. Kredit götürən şəxsin razılığı olmadan borcun başqa şəxsin üzərinə keçirilməsi məsələsində "borcun keçirilməsi" ilə "kreditorun dəyişməsi" anlayışlarını da bir-birindən ayırmaq lazımdır. Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən, kreditor müəyyən hallarda öz tələbini borclunun razılığı olmadan üçüncü şəxsə güzəşt edə bilər. Yəni bankın borcluya qarşı tələb hüququnun başqa şəxsə keçməsi ilə borclunun dəyişdirilməsi eyni hüquqi hadisə deyil. Başqa sözlə, kreditor dəyişə bilər, lakin bu, borclunun dəyişməsi demək deyil. Məsələn, bankın tələb hüququ müəyyən hüquqi əsasla başqa kredit təşkilatına və ya digər şəxsə keçə bilər. Lakin bu halda əvvəlki borcalanın borcu avtomatik olaraq başqa şəxsin üzərinə keçmiş sayılmır".

Vəkil qeyd edib ki, əgər kredit şəxsin xəbəri olmadan rəsmiləşdirilibsə, vəziyyət daha fərqlidir:

"Vətəndaş ümumiyyətlə kredit götürməyib, kredit müqaviləsinə imza atmayıb, elektron təsdiq verməyib və kredit vəsaitindən də istifadə etməyib, lakin onun adına kredit rəsmiləşdirilibsə, məsələ sadəcə "başqa şəxs kreditdən istifadə edib" kimi qiymətləndirilə bilməz. Belə halda kredit müqaviləsinin necə bağlandığı, imzanın və ya elektron təsdiqin kim tərəfindən verildiyi, kredit vəsaitinin hansı hesaba köçürüldüyü, həmin vəsaitdən kimin istifadə etdiyi, bankda hansı sənədlərin mövcud olduğu və vətəndaşın kredit götürməsinə dair iradəsinin olub-olmaması ayrıca araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, kredit müqaviləsində kreditorun və borclunun qarşılıqlı öhdəlikləri müqavilə əsasında müəyyən edilir və kredit üzrə pulun qaytarılması və faizlərin ödənilməsi öhdəliyi borcalanın üzərinə düşür. Bu səbəbdən şəxsin iradəsi və iştirakı olmadan onun adına kredit rəsmiləşdirilməsi iddiası varsa, kredit müqaviləsinin hüquqi qüvvəsi və həmin əməliyyatın hansı əsasla həyata keçirildiyi ayrıca mübahisələndirilə bilər. Beləliklə, məsələyə qanunvericiliyin tələbləri baxımından yanaşdıqda, kredit müqaviləsində borcalan kimi göstərilən şəxs bank qarşısında əsas borclu hesab olunur. Kredit vəsaitindən faktiki olaraq başqa şəxsin istifadə etməsi öz-özlüyündə bank qarşısında borcalanı dəyişmir. Kredit götürən şəxslə puldan istifadə edən şəxs arasında ayrıca razılaşmanın olması həmin şəxsin avtomatik olaraq bank qarşısında borcalana çevrilməsi demək deyil. Borcun başqa şəxsin üzərinə keçirilməsi üçün qanunun tələb etdiyi qaydada borcun keçirilməsi və kreditorun razılığı məsələsi həll edilməlidir. Kredit götürən şəxsin xəbəri və razılığı olmadan onun adına kredit rəsmiləşdirilibsə, kreditin bağlanma qaydası və şəxsin iradəsinin olub-olmaması ayrıca araşdırılmalıdır. Nəticə etibarilə, belə mübahisələrdə yalnız "kreditdən pulu kim istifadə edib?" sualına cavab vermək kifayət deyil. Kredit müqaviləsinin özü, onun imzalanması və ya elektron təsdiqi, pul vəsaitinin hərəkəti, bank sənədləri, tərəflər arasındakı yazışmalar və digər sübutlar birlikdə qiymətləndirilməlidir. Kredit borcunun kimə aid olması faktiki istifadə ilə deyil, ilk növbədə yaranmış hüquqi öhdəliyin və onun rəsmiləşdirilməsinin şərtləri ilə müəyyən edilir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 644   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr
.

Azərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq

Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə

17 noyabr
.

Milli teleradio ənənələri və dövlətçilik ideologiyası: Azərbaycan mediasının qarşısında duran yeni vəzifələr

Azərbaycanın milli dövlətçilik tarixində radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, tarixi yaddaşının yaşadılması və dövlətçilik ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm ictimai institutlardır. Prezident İlham Əliyevin Azərbayca

16 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ

"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr