Elmi ekspedisiya kabusa çevrildi: "Mağara" filminin sirli dünyası
2005-ci ildə ekranlara çıxan "The Cave" (Mağara) macəra, elmi-fantastika və qorxu janrlarını bir araya gətirən filmlərdəndir. İllər keçməsinə baxmayaraq, yeraltı mağaralarda keçən gərgin süjeti ilə qorxu həvəskarlarının marağını qoruyub saxlayır.
Lent.az xarici mediaya istinadən film barədə məlumat verir.
Hadisələr peşəkar speleoloq və dalğıclardan ibarət tədqiqat qrupunun ətrafında cərəyan edir. Təcrübəli dalğıc qardaşların rəhbərlik etdiyi ekspedisiya Rumıniya karpatlarına yollanır.
Tədqiqatçılar qədim pravoslav kilsəsinin altında indiyədək araşdırılmamış nəhəng mağara sistemi və su altında qalan tunellər aşkarlayırlar. Əvvəlcə bu kəşfin mühüm elmi nəticələr verəcəyi düşünülür. Lakin mağarada baş verən uçqun yeganə çıxışı bağlayır və ekspedisiya üzvləri xilas olmaq üçün daha dərin tunellərə doğru hərəkət etməyə məcbur qalırlar.
Tezliklə məlum olur ki, mağaranın dərinliklərində onlar tək deyillər. Burada min illərdir yaşayan təhlükəli qanadlı canlılar gizlənir. Görmə qabiliyyəti olmayan bu varlıqlar exolokasiya vasitəsilə qaranlıqda istiqamətlənir, səs və istiliyə reaksiya verərək ovlarını tapırlar.
Vəziyyət qrup üzvlərindən birinin həmin canlılardan biri tərəfindən yaralanmasından sonra daha da təhlükəli hal alır. Naməlum canlı onun həm bədənində, həm də davranışında dəyişikliklər yaratmağa başlayır. Bundan sonra ekspedisiya üzvləri təkcə mağaradakı məxluqlardan deyil, bir-birlərindən də şübhələnməyə başlayırlar.
Film 1 saat 37 dəqiqə davam edir. "Mağara" 2006-cı ildə ABŞ Səs Montajçıları Assosiasiyasının mükafatında səs montajı və səs effektləri kateqoriyası üzrə nominasiyaya layiq görülüb. Qaranlıq atmosfer, məhdud məkan, qəribə canlılar və qəhrəmanlar arasında yaranan inamsızlıq filmi klassik yeraltı qorxu hekayələrindən birinə çevirir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 246 Tarix: 28 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrBred Pitt və İnes de Ramon yeni fotolarda baba və nəvə ilə müqayisə edildilər
Hollivud ulduzu Bred Pitt sevgilisi İnes de Ramonla birlikdə İspaniyanın Madrid şəhərində görünüb. xarici KİV-ə istinadən xəbər verir ki, paparassilər onları əl-ələ gəzərkən lentə alıblar. 62 yaşlı aktyor boz köynək, qara şalvar, sarı idman ayaqqabısı, eynək ilə diqqət çəkib. İnes de Ramon isə ağ köynək
29 sentyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrHər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist
30 sentyabrDünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
1 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabr