Tutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi

Tutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsiBir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür.

Qaynarinfo xəbər verir ki, Tutanxamonun məzarı, kəşfindən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, yeni müzakirələrin mərkəzindədir. Misirşünas Nikolas Rivz və onun komandasının irəli sürdüyü yeni qiymətləndirməyə görə, KV 62 kodlu məzar gənc firon üçün sıfırdan hazırlanmış müstəqil tikili olmaya bilər. Tədqiqatçılar məzarın daha böyük bir tikilinin yalnız görünən hissəsi olduğunu və gizli bölmələrin Kraliça Nefertitiyə aid ola biləcəyini irəli sürürlər.

Tutanxamonun eramızdan əvvəl 1333-1324-cü illər arasında hakimiyyətdə olduğu və təxminən 19 yaşında gözlənilmədən vəfat etdiyi məlumdur. Bu erkən ölüm səbəbindən dəfn hazırlıqlarının tələsik aparılmış ola biləcəyi düşünülür. Məzardan ya əvvəllər mövcud olmuş mülki tikilinin genişləndirilməsi yolu ilə istifadə edildiyi, ya da kraliça üçün hazırlanmış daha böyük məzarın bölünərək istifadəyə verildiyi ehtimalları nəzərdən keçirilir.

Tədqiqatçıların ikinci variantı daha güclü hesab etmələrinin əsas səbəblərindən biri məzarın memarlıq quruluşudur. XVIII sülalə dövründə krallara məxsus məzarlar əsasən sağa yönələn plana malik olduğu halda, KV 62 sola doğru irəliləyir. Bu quruluş həmin dövrün kraliça məzarlarında müşahidə edilən memarlıq xüsusiyyətləri ilə daha çox uyğunlaşır. Divar bəzəklərində də bu ehtimalı dəstəkləyən detallar var.

Şimal divarındakı fiqurların üz cizgiləri və profilləri üzərində aparılan araşdırmalar bu gün Tutanxamonun dəfn mərasimini əks etdirdiyi düşünülən səhnənin fərqli tarixçəyə malik ola biləcəyinə işarə edir. Rivzin şərhinə görə, təsvir əvvəlcə Tutanxamonun sələfi Nefertiti üçün keçirilən dəfn mərasimini əks etdirə bilərdi.

Memarlıq göstəriciləri ilə yanaşı, geofiziki ölçmələr də müzakirəni gücləndirən nəticələr ortaya qoyub. Mikroqravimetriya və yeraltı radarla aparılan araşdırmalar zamanı mövcud məzarın şimalında əlavə boşluqlar müəyyən edilib. Bu ölçmələrə əsasən, dağıntılarla bağlanmış dəhlizlərin birləşdirdiyi 5-6 ayrı otağın mövcud olması ehtimal edilir. Sözügedən sahələrin həqiqətən məzar otaqları olub-olmadığı isə hələ fiziki araşdırma ilə dəqiqləşdirilməyib.

Tədqiqatçıların məqsədi ehtimal olunan otaqlardan ən azı birinə birbaşa daxil olaraq nəzəriyyəni təsdiqləməkdir. Belə bir kəşf yalnız Tutanxamonun məzarının əsl quruluşuna dair təsəvvürləri dəyişməklə kifayətlənməyə bilər; Nefertitinin uzun müddətdir tapılmayan məzarına dair ən güclü ipuclarından birini də üzə çıxara bilər.

1922-ci ildə "Howard Carter" Tutanxamonun məzarını açarkən qarşılaşdığı yüzlərlə tarixi artefakt bu kəşfi arxeologiya tarixinin ən mühüm hadisələrindən birinə çevirmişdi. İndi həmin məzarın divarlarının arxasında yeni otaqların mövcudluğu təsdiqlənərsə, təxminən bir əsr sonra eyni ərazidə oxşar miqyasda yeni arxeoloji hadisə baş verə bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 99   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Si Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək

Çin rəhbəri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar zamanı hər iki ölkənin bir-birinə doğru addım atacağına və ümumi maraqlar əsasında hərəkət edəcəyinə ümid etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Əməkdaşlıq ikitərəfl

27 sentyabr
.

Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir

Hazırda Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft daşınır. "Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri bu strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə neft

27 sentyabr
.

Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib

İran Prezidenti Məsud Pezeşkian İordaniyadakı ABŞ bazasına zərbələrdə Çinin peyk görüntülərindən istifadə olunmasına dair iddialara münasibət bildirib. "Report" xəbər verir ki, Pezeşkian bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O, jurnalistin müvafiq sualına cava

27 sentyabr
.

ABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər

ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyya

27 sentyabr
.

Moldovada bu səbəbdən qırmızı təhlükə elan edildi

Moldova meteorologiya xidmətinin rəsmi açıqlamasına görə, Dnestrin bəzi hissələrində və kiçik çaylarda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən Moldova qırmızı təhlükə səviyyəsi elan edib. xəbər verir ki, Telegram kanalında deyilir: "Dnestr və Prut çaylarında, eləcə də əksər kiçik çaylarda suyu

28 sentyabr
.

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların

27 sentyabr
.

Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb

Silahların tənzimlənməsi ilə bağlı beynəlxalq sənəd layihəsi üzərində iş zamanı Rusiya və ABŞ nümayəndələri hərbi süni intellektin fəaliyyətinə dair əsas məhdudiyyətləri layihədən çıxarıb. "Report"un məlumatına görə, bu barədə "The Washington Post" mənbələrə və sənədlərə istinadə

27 sentyabr
.

Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb. Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Kosanovun vəzifədə

27 sentyabr
.

Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini

27 sentyabr