İlham Əliyev Canni İnfantinonu qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür edib.
Dövlətimizin başçısı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edib.
Canni İnfantino qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qonaq ilk dəfə ölkəmizdə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında dünya çempionatı və festivalının önəminə toxunaraq, dünyanın idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini deyib.
Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən söhbət açıldı, son dövrlərdə bu sahədə əldə edilən uğurlara toxunulub.
Ölkəmizlə FIFA arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, tərəfdaşlığın perspektivləri müzakirə olunub.
Söhbət zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FIFA-nın fəaliyyətinə verdiyi dəstək məmnunluqla qeyd edilib.
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.










Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 117 Tarix: 29 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda deyilir:. "27 sentyabr - Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtira
27 sentyabrAzərbaycan etibarlı investisiya məkanıdır
Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci etibarlı tərəfdaş kimi Azərbaycan Beynəlxalq İnvestisiya Forumu müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarını, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir aray
28 sentyabrPrezident: "Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır"
"İnvestisiyalar. Bizim bağladığımız müqavilələr neft-qaz sektorunda inkişafa rəvac verdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib. Dövlətimizin başçısı həmçinin qeyd edib: "3
26 sentyabrİlham Əliyev Canni İnfantinonu qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoy
29 sentyabrQalib xalqın övladı olmaq, gənclər üçün qürurvericidir - ŞƏRH
"Uzun illər boyu Azərbaycan torpaqları işğal altında idi. Mənim ilkin gəncliyim dövründə həmin torpaqlar işğal edilmişdi və biz daim bunun əziyyətini yaşayırdıq. Xüsusilə beynəlxalq qurumlarda, təşkilatlarda və platformalarda fəal iştirak edən biri kimi tez-tez ermənilərlə üz-üzə gəlirdim. Onla
28 sentyabrAzərbaycanın yeni investisiya modeli - Yaşıl enerji
Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, həmçinin ölkənin qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərinin nümayiş etdirilməsi baxımından diqqət çəkdi. Prezident İlham Əliyevin himayəsi altında keçirilə
28 sentyabr