Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMASon dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılması kimi amillər təsir göstərə bilər. Xüsusilə Bakıda mənzilə olan tələbatın dəyişməsi və tikinti xərclərinin artması qarşıdakı dövrdə qiymətlərin istiqamətinə təsir edən əsas faktorlar sırasında ola bilər.

Bəs, Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin yenidən artmasına hansı amillər səbəb ola bilər və yaxın dövrdə mənzil qiymətlərinin yüksəlməsini şərtləndirən əsas faktorlar nələrdir?
Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, qiymətlərin bahalaşması prosesi Bakı şəhərindən başlayıb.

"2021-ci ildən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında kütləvi tikintilərin başlanması ilə əlaqədar bəzi inşaat materiallarının qiymətləri kəskin bahalaşdı. Ən çox bahalaşan materiallardan biri armatur oldu. Onun bir tonunun qiyməti orta hesabla 780 manatdan 1250 manata qədər yüksəldi. Bu da tikinti şirkətlərinin qiymətləri tədricən artırmasına səbəb oldu. İkinci səbəb isə tikinti şirkətlərinə tətbiq olunan sərt inşaat standartları və ümumiyyətlə, icazələrin kəskin azalması idi. 2016-2018-ci illərdə kütləvi tikinti həcmi böyük idi. Nazirlər Kabinetinin 86 saylı qərarı ilə Bakı şəhərində köhnə yaşayış fondunun sökülməsi ilə bağlı hər rayon icra hakimiyyəti sərəncam verirdi. Sonradan bu səlahiyyətlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Bundan sonra həmin 86 saylı sərəncam ləğv olundu və tikinti şirkətlərinə verilən icazələrin həcmi dəfələrlə azaldı".

Ekspert bildirib ki, 2016-cı illə 2026-cı ili müqayisə etsək, tikinti həcmi, yəni icazələrin verilməsi 8-10 dəfə azalıb:

"Bu qədər böyük həcmdə icazələrin azalması tikinti şirkətləri arasında rəqabətin ciddi şəkildə azalmasına səbəb oldu. Tikinti şirkətləri də vəziyyətdən sui-istifadə edərək hər il ən azı 15-20 faiz daha yüksək qiymətlərlə mənzilləri bazara çıxarmağa başladılar. Son 5-6 il ərzində daşınmaz əmlakın qiyməti ilkin bazarda, ələlxüsus Bakı şəhərində mənzillər üzrə 80 faizə qədər bahalaşıb. Yəni təxminən 5 il ərzində 80 faizlik bahalaşma baş verib və bu proses hələ də davam edir. Tikinti şirkətlərinə verilən icazələrin sayı hələ də çox azdır, rəqabət ciddi şəkildə pozulub. Buna görə də qiymətlər dayanmadan artır. Nə qədər ki, tikinti şirkətlərinə bu məhdudiyyətlər tətbiq olunacaq, qiymətlər hələ də stabilləşməyəcək. Bunun ümumi iqtisadiyyata da ciddi əks-təsiri var. Həm ipoteka götürənlər, həm İpoteka Fondu, həm ümumilikdə Azərbaycanda biznes mühitinin formalaşması, ümumiyyətlə, bütün Azərbaycan üçün bunun təsirləri var".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 141   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilə

29 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

Sabah Bakıda leysan olacaq - Xəbərdarlıq

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə

28 sentyabr
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr