Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMA
Son dövrlər onlayn kreditlərdən istifadə genişləndikcə vətəndaşların şəxsi məlumatlarından icazəsiz istifadə olunması və onların adından kredit rəsmiləşdirilməsi riski də diqqət çəkir. Bu baxımdan, kreditlərin onlayn qaydada rəsmiləşdirilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi borcalanların hüquqlarının qorunması baxımından əhəmiyyət daşıyır.
Bəs, onlayn kreditlərin rəsmiləşdirilməsi ilə bağlı yeni qaydalar vətəndaşların dələduzluq və onların adına icazəsiz kredit götürülməsi riskindən qorunmasına nə dərəcədə kömək edə bilər və kredit vəsaitinin verilməsindən əvvəl gözləmə müddətinin tətbiqi bu risklərin qarşısının alınmasında nə qədər effektiv ola bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, bu növ yanaşma onlayn kreditlərdə təhlükəsizliyin təmin olunmasına, kredit üçün banklara onlayn qaydada müraciət edən şəxslərin həm şəxsi məlumatlarının, həm də götürülən kreditin təhlükəsizliyinin qorunmasına xidmət edir.
"Bu, kiberdələduzların hücumlarından vətəndaşların müdafiə olunması, şəxsi məlumatların mühafizəsi xarakteri daşıyır. Əvvəllər, son aylar, hətta son illərdə şəxslər onlayn kredit götürərkən məlumatlarının oğurlandığı və ya əldə olunan kreditin digər karta köçürüldüyü barədə şikayətlər edirdilər. Hazırda bu yeni yanaşma mexanizmi ilə şəxslər onlayn kreditlərdən daha təhlükəsiz və etibarlı şəkildə istifadə edə biləcəklər. Bu istiqamətdə təhlükəsizlik tədbirlərinin görülməsi və risklərin minimum həddə endirilməsi onlayn kreditlərin daha rahat və daha az risklə rəsmiləşdirilməsini təmin edəcək. Bu da onlayn kreditlərə tələbin artmasına müəyyən dərəcədə müsbət təsir göstərəcək. Çünki vətəndaş heç bir əziyyət çəkmədən, heç bir yerə getmədən onlayn şəkildə, satış kanalları vasitəsilə banka müraciət edərək rahat şəkildə kredit əldə edə biləcək".
Ekspert bildirib ki, bəzi hallarda kiberdələduzluq cinayətləri şəxslərin öz səhlənkarlığı və diqqətsizliyi ucbatından baş verirdisə, yeni yanaşma ilə bu risklər də minimuma enəcək və şəxslər daha təhlükəsiz şəkildə kredit əldə edə biləcəklər:
"Gözləmə müddətinin olması da müsbət məqamdır. Kiberdələduzluq cinayətlərinin xarakterinə nəzər salsaq, burada şəxslərin tələsdirilərək tora salınması, "tez bunu et", "tez o düyməni bas", "tez məlumatı əldə et" kimi yönləndirmələrlə aldadılması halları ilə qarşılaşırıq. Nəticədə məlumatların əldə olunması və ya səhv əməliyyat nəticəsində, diqqətsizlik və tələskənlikdən pulun digər kartlara köçürülməsi və itirilməsi baş verə bilirdi. Yeni yanaşma və tədbirlər bu halları minimuma endirəcək. Şəxs daha ətraflı təhlil olunacaq, müraciət edən şəxsin özü olduğu təsbit ediləcək və onlayn kreditin daha təhlükəsiz kanallarla əldə olunması təmin ediləcək. Bu, ilk növbədə vətəndaşların hüquqlarının qorunmasına və onlayn kreditlərdən istifadənin sadələşdirilməsinə dəstək verəcək. Banklar baxımından isə nüfuz itkisinin qarşısının alınmasına, bankların təqdim etdiyi onlayn kredit məhsullarına tələbin artmasına və təhlükəsizlik qaydalarının daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Oktyabrda hava necə olacaq?
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi
Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir
Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA