İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklərİnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatları üçüncü şəxslərin əlinə keçdikdə müxtəlif məqsədlərlə istifadə oluna bilər. Bu məsələ təkcə məxfilik problemi deyil, eyni zamanda maliyyə təhlükəsizliyi, şəxsi nüfuz və ümumi kiber təhlükəsizlik baxımından da ciddi fəsadlar doğurur.

Şəxsi məlumatların ən təhlükəli istifadələrindən biri şəxsiyyət oğurluğudur. Cinayətkarlar müxtəlif mənbələrdən topladıqları məlumatları birləşdirərək vətəndaşın adından saxta hesablar yarada, onlayn xidmətlərdə qeydiyyatdan keçə bilərlər. Bu zaman zərərçəkmiş şəxs çox vaxt bundan gec xəbər tutur və hüquqi problemlərlə üzləşə bilər. Digər mühüm risk isə maliyyə fırıldaqlarıdır. Əgər istifadəçinin bank kart məlumatları, telefon nömrəsi və ya SMS təsdiq kodları ələ keçirilərsə, hesabdan vəsaitin çıxarılması halları baş verə bilər. Bu tip hücumlar adətən istifadəçinin özünü aldatmaq yolu ilə həyata keçirilir.

Burada sosial mühəndislik üsulları xüsusi yer tutur. Kiber cinayətkarlar əvvəlcədən toplanmış məlumatlar əsasında istifadəçiyə daha inandırıcı görünən ssenarilər qururlar. Məsələn, özünü bank əməkdaşı kimi təqdim edən şəxs istifadəçinin adını, yaşadığı şəhəri və hətta son əməliyyatlarını bildiyini deyərək etibar qazanır və nəticədə ondan məxfi məlumatları əldə edir. Eyni zamanda fişinq (phishing) hücumları vasitəsilə istifadəçilərə saxta sayt linkləri göndərilir və onlar real platformaya bənzər səhifələrdə öz məlumatlarını daxil edirlər. Bu məlumatlar dərhal cinayətkarların əlinə keçir.

Bununla yanaşı, sosial şəbəkə hesablarının ələ keçirilməsi də geniş yayılmış problemlərdəndir. İstifadəçilər çox zaman eyni şifrəni bir neçə platformada istifadə etdiklərinə görə, bir platformada baş verən məlumat sızması digər hesabların da təhlükə altına düşməsinə səbəb olur. Hesab ələ keçirildikdən sonra həmin profil vasitəsilə istifadəçinin dostlarına saxta mesajlar göndərilə, pul istənilə və ya zərərli linklər yayılır. Bu isə zəncirvari şəkildə daha geniş auditoriyanın zərər görməsinə gətirib çıxarır.

Şəxsi məlumatların sui-istifadəsinin daha təhlükəli formalarından biri də şantaj və reputasiya zədələnməsidir. İstifadəçinin şəxsi şəkilləri, yazışmaları və ya digər həssas məlumatları əldə olunaraq ona qarşı təzyiq vasitəsi kimi istifadə edilə bilər. Son illərdə isə süni intellekt texnologiyalarının inkişafı ilə bu risklər daha da artıb. Məsələn, istifadəçinin səsi və ya görüntüsü əsasında saxta audio və video materiallar hazırlanaraq (deepfake texnologiyası ilə) müxtəlif məqsədlərlə istifadə edilə bilər.

Bu məlumatlar təkcə fərdi hücumlar üçün deyil, həm də geniş miqyaslı fəaliyyətlər üçün istifadə olunur. Məsələn, müxtəlif platformalardan toplanmış məlumatlar "qara bazar"da satılır və daha sonra spam, reklam və ya hədəfli hücum kampaniyalarında istifadə edilir. Bu isə onu göstərir ki, internetdə paylaşdığımız hər bir məlumat əslində bizim rəqəmsal profilimizin bir hissəsinə çevrilir və bu profil kiber cinayətkarlar üçün dəyərli resurs sayılır.

Belə risklərin qarşısını almaq üçün istifadəçilər daha diqqətli davranmalıdırlar. İlk növbədə, yalnız zəruri məlumatları paylaşmaq və şəxsi məlumatların yayılmasını minimuma endirmək vacibdir. Güclü və fərqli şifrələrdən istifadə etmək, iki faktorlu autentifikasiyanı aktivləşdirmək və şübhəli linklərə daxil olmamaq əsas qorunma tədbirlərindəndir. Eyni zamanda sosial şəbəkələrdə məxfilik ayarlarının düzgün tənzimlənməsi və heç bir halda OTP kodları və ya bank məlumatlarının üçüncü şəxslərlə paylaşılmaması mühüm əhəmiyyət daşıyır. İnternetdə şəxsi məlumatların nəzarətsiz şəkildə paylaşılması istifadəçini müxtəlif kiber təhlükələrlə üz-üzə qoyur. Bu məlumatlar ayrı-ayrılıqda zərərsiz görünsə də, birləşdirildikdə insan haqqında geniş təsəvvür yaradır və onu hədəfə çevirməyi asanlaşdırır. Buna görə də hər bir istifadəçi rəqəmsal mühitdə davranışına məsuliyyətlə yanaşmalıdır.

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 211   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30 sentyabr
.

Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b

29 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

"Bakcell" İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

"Bakcell" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb. xəbər verir ki, təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyaların

28 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr