Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMABakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur.

Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıların bazardakı davranışı da mühüm rol oynayır. Bəs Bakıda mənzillərin bahalaşması hansı həddə qədər davam edə bilər və yaxın dövrdə qiymətlərdə yeni artım gözlənilirmi?
Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli Sonxeber.az-a açıqlamasında bildirdi ki, mən hesab edirəm ki, bazardakı qiymət dinamikasına yalnız nominal artım kimi yanaşmaq düzgün olmaz. Burada bir neçə amil eyni vaxtda rol oynayır: torpaq və tikinti xərclərinin yüksəlməsi, yeni tikililərin maya dəyərinin artması, şəhərdə keyfiyyətli və əlçatan mənzil təklifinin məhdudluğu, həmçinin əhalinin mənzilə olan tələbatı.

Xüsusilə Bakıda torpaq resurslarının məhdudluğu və yeni layihələrin əvvəlki illərlə müqayisədə daha yüksək xərc tələb etməsi ilkin və təkrar mənzil bazarında qiymətlərin aşağı istiqamətdə hərəkət etməsini çətinləşdirən amillərdəndir.

Bununla belə, "qiymətlər mütləq bu qədər də artacaq" demək üçün bazara təsir edən bütün faktorları nəzərə almaq lazımdır. Qiymət artımının tempi gəlirlərin dinamikasından, ipoteka və kredit imkanlarından, tikinti sektorunda xərclərin dəyişməsindən, yeni mənzil təklifinin həcmindən və alıcıların real ödəmə qabiliyyətindən asılı olacaq.

Mənim fikrimcə, növbəti mərhələdə əsas məsələ qiymətlərin sadəcə artıb-artmaması deyil, artım tempinin necə dəyişəcəyidir. Bazar müəyyən mərhələdə yüksək qiymət səviyyəsinə çatdıqdan sonra artımın sürəti zəifləyə bilər. Yəni əvvəlki dövrlərdə müşahidə olunan kəskin artımların əvəzinə daha tədricən və seqmentlər üzrə fərqlənən qiymət dinamikası formalaşa bilər.

Burada Bakı üzrə vahid bazardan danışmaq da düzgün deyil. Şəhərin müxtəlif ərazilərində qiymət dinamikası eyni olmayacaq. Nəqliyyat infrastrukturu, ərazinin inkişaf perspektivi, tikilinin yaşı, mənzilin sahəsi və planlaşdırılması, sənədlərin vəziyyəti, layihənin keyfiyyəti və sosial infrastruktur kimi amillər konkret əmlakın qiymətinə ciddi təsir göstərir.

Ona görə də "Bakıda evlər daha nə qədər bahalaşa bilər?" sualına tək bir rəqəmlə cavab verməkdənsə, bazarın fundamental göstəricilərinə baxmaq daha doğrudur. Əgər tələb yüksək olaraq qalarsa, təklif kifayət qədər genişlənməzsə və tikinti xərclərində ciddi azalma baş verməzsə, qiymət artımının davam etməsi mümkündür. Lakin bu artımın əvvəlki kimi sürətli olması mütləq deyil.

Digər mühüm məqam odur ki, daşınmaz əmlak bazarında qiymət artımı ilə real alıcılıq qabiliyyəti arasında balans qorunmalıdır. Qiymətlər gəlirlərin artımını uzun müddət əhəmiyyətli dərəcədə üstələdikdə, bazarda alıcıların qərar vermə müddəti uzana və əməliyyatların sayı dəyişə bilər. Bu isə öz növbəsində qiymət artımının sürətinə təsir edə bilər.

Nəticə etibarilə, mən bazarda yaxın perspektivdə qiymətlərin aşağı düşəcəyindən daha çox, artım tempinin və bazarın ayrı-ayrı seqmentlərində fərqlənmələrin əsas müzakirə mövzusu olacağını düşünürəm. Əsas indikator isə yalnız elan qiymətləri deyil, real bağlanan sövdələşmələrin sayı, alıcıların maliyyə imkanları, yeni təklifin həcmi və bazardakı tələb-təklif balansı olacaq.

Bu səbəbdən daşınmaz əmlak bazarını qiymətləndirərkən emosional gözləntilərdən deyil, konkret bazar göstəricilərindən çıxış etmək daha sağlam yanaşmadır.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 165   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr