Netanyahu: "Flydubai"nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir
"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib.
"Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib.
"Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsinə daxil olub və heyət üzvlərindən biri ilə birgə bıçaqla ətrafdakıları təhdid edən pilotu zərərsizləşdirib", - Netanyahu bildirib.
İsrailin Baş naziri həmin pilotun təyyarənin sistemlərini sıradan çıxarmaq niyyətində olduğunu qeyd edib.
"İndi bütün sərnişinlər təhlükəsiz vəziyyətdədir. Bıçaqla təhdid edən pilot həbs olunub və hazırda Səudiyyə Ərəbistanı aidiyyəti orqanları tərəfindən sorğu-sual edilir", - Netanyahu əlavə edib.
O, araşdırmaların davam etdiyini və yeniliklərlə bağlı ictimaiyyətin məlumatlandırılacağını vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Dubaydan Təl-Əvivə uçan təyyarədə insident yaşanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 414 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabr