Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)Hindistan... Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvəl bu ölkə haqqında çox şey eşitmişdim. Düşünürdüm ki, bu səyahətim inkişaf etmiş şəhərlərə etdiyim səfərlərdən çox fərqlənməyəcək. Ancaq Hindistanda gördüklərim gözləntilərimi doğrultmadı, məni sözün həqiq mənasında dəhşətə gətirdi. Uşaqlıqdan filmlərinə sevərək baxdığımız Amitabh Baççanın, Şahrux Xanın, Akşay Kumarın ölkəsinin bu qədər səfalət içində boğulduğunu təsəvvür etmirdim. Anladım ki, əslində Bollivud bizi aldadıbmış, filmlərində Hindistanı bizə reallığı ilə yox, rəngli ekrandan tanıdıbmışlar. Ona görə də Hindistan haqqında düşüncələrim 4 günə dəyişdi.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)Hindistana səfərimin məqsədi dəvət aldığım beynəlxalq sərgidə iştirak etmək idi. Lakin qərara gəldim ki, paytaxt Yeni Dehliyə dörd günlük səfərimi yalnız sərgi ilə məhdudlaşdırmayım. Hindistanın paytaxtını, onun küçələrini, insanlarını, gündəlik həyatını və mətbəxini öz gözlərimlə görüb izləyicilərə çatdırım. Beləliklə, Hindistanın paytaxtı Yeni Dehli ilə tanışlığım da məhz belə başladı…

- Xaosun içində yaşanan insan həyatı…

Yeni Dehlinin küçələrinə çıxan kimi ilk diqqətimi çəkən şey şəhərin sıxlığı idi. Burada insanlar, avtomobillər, motosikletlər, rikşalar, küçə satıcıları bir-birinə qarışaraq, nəsə əldə etməyə çalışırlar. Hər kəs sanki eyni anda harasa tələsir. Yollarda hərəkət edən nəqliyyat vasitələrinin çoxluğu isə şəhərdəki səs-küyü daha da artırır, sürücülər yeri gəldi, gəlmədi bir-birlərinə siqnal verirlər. Maşınların mühərrik səsləri, dilənçilərin adamların üzərinə hücumu, küçə satıcılarının çağırışları və insanların xaotik hərəkətləri Yeni Dehlinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Yollardakı piyada keçidlərində vəziyyət də eynilə acınacaqlıdır. İşıqforsuz yolların qarşı tərəfinə keçmək istəyən insanlar avtomobillərin arasında özlərinə güclə yol tapmağa çalışırlar. Maşınlar piyada zolaqlarını keçmək istəyən insanlara toxunaraq, piyadalara xəsarət yetirir. Təbii ki, ilk dəfə bunu müşahidə edən insan üçün bu cür mənzərə kifayət qədər gərgin görünür. Şəhərin hər yerində küçələrin və ətraf mühitin natəmizliyi, yol kənarlarında sahibsiz camışların, inəklərin hərəkəti, mərkəzi yerlərdə belə kanalizasiya xəttlərinin və zibil yeşiklərinin gözə dəyməməsi iyrənc mənzərə yaradır.
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)- Dilənən uşaq və qocalar …

Hindistanda adamı ən çox düşündürən məqamlardan biri də bu ölkənin kəskin sosial təzadlarıdır. Bir tərəfdə müasir binalar, bahalı avtomobillər, iri ticarət mərkəzləri və beynəlxalq şirkətlərin ofisləri, digər tərəfdə isə küçələrdə yaşayan, dilənçilik edən və ağır şəraitdə həyat sürən insanlardır. Paytaxtda da bu mənzərəni açıq görmək olur.

Küçələrdə gəzərkən hər addımda turist görən kimi əllərini uzadıb pul dilənən insanlara rast gəlməmək mümkün deyil. Xüsusilə uşaqların və yaşlı insanların dilənməsi insanı dəhşətə gətirir. Burada mənim gördüklərim yalnız Hindistanın paytaxtının müəyyən hissələrindəki şəxsi müşahidələrimdir. Düşünürəm ki, Hindistanın digər bölgələrində vəziyyət daha acınacaqlıdır.
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)- Hindistanın küçə mətbəxi…

Hindistana gəlib, buranın yerli yeməklərindən də danışmamaq mümkün deyil. Dehlidə küçə yeməkləri demək olar ki, hər yerdə satılır. Satıcıların qarşısında növbə gözləyən insanlar, gigiyenik qaydalara əməl olunmadan mənşəyi bilinməyən yağlarda qızardılan yeməklər, müxtəlif ədviyyatların hürküdücü qoxusu şəhərin havasına qarışıb. Sözsüz ki, Hindistan mətbəxinin zənginliyi danılmazdır. Amma düşünürəm ki, burada vacib olan məsələ gigiyenik qaydalara necə əməl olunmasıdır.

Hindistanda küçə yeməklərinin hazırlanması və satışı zamanı gigiyena ilə bağlı gördüyüm mənzərələr məndə heç də xoş təəssürat yaratmadı. Küçələrin ümumi natəmizliyi ilə yeməklərin birbaşa yol kənarında hazırlanmasını görəndə çox narahat oldum.
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)- Yeni Dehli və köhnə Dehli: eyni şəhərin iki üzü…

Dörd gün ərzində həm paytaxt Yeni Dehlidə, həm də Hindistanın böyüklüyünə görə ikinci böyük şəhəri olan köhnə Dehlidə oldum.

Şəhərin müxtəlif hissələrini gəzdikcə Hindistanın nə qədər qarışıq və xaotik olduğunu daha aydın hiss etmək olur. Müasir şəhər görüntüləri ilə köhnə məhəllələr, zənginliklə yoxsulluq, yeni tikililərlə köhnə və baxımsız küçələr bir-birinə çox yaxın məsafədə yerləşir. Bəlkə də Dehlini fərqli edən xüsusiyyətlər məhz budur. Burada inkişaf da var, problemlər isə daha çoxdur.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)- Tac Mahalda Allahın adından pul yığılır…

Hindistana səfərimin mənim üçün ən yaddaqalan məqamı isə şübhəsiz ki, Tac Mahalı görməyim oldu. Dünyanın ən məşhur memarlıq abidələrindən birini canlı görmək adama tamamilə başqa hiss yaşadır. Fotolarda və videolarda dəfələrlə gördüyüm bu möhtəşəm tikili qarşısında dayananda onun miqyasını və memarlıq üstünlüklərini daha yaxşı hiss edirsən. Bu abidənin inşasının çox maraqlı tarixçəsi var. Tac Mahal məqbərəsi 17-ci əsrdə Moğol imperatoru Cahan Şah tərəfindən həyat yoldaşı Mümtaz Mahalın şərəfinə inşa etdirilib. Abidənin tikintisinə təxminən 1632-ci ildə başlanılıb və kompleksin əsas hissəsi təxminən 1653-cü ildə tamamlanıb. Məqbərədə əsasən ağ mərmərdən və müxtəlif qiymətli daşlardan istifadə olunub. Bunun sayəsində Tac Mahal günün müxtəlif vaxtlarında fərqli rənglərdə görünür.

Bundan başqa, məqbərə kompleksi çox dəqiq simmetrik formada inşa edilib. Nəhəng ağ mərmər günbəz və 4 minarə Tac Mahala çox təsirli görünüş verir.

Məqbərənin içərisinə daxil olarkən burada xidmət göstərən bələdçi mənə foto çəkməyə icazə vermədi. Əvəzində isə hind bələdçi müsəlman olduğumu bilib, məndən Allahın adından pul istədi. Bəlkə də bu səbəbdən səfərimin bütün yorğunluğuna baxmayaraq, Tac Mahalı görmək Hindistanda yaddaşımda qalacaq ən maraqlı anlardan oldu. Tac Mahala heyran olsam da, amma Dehlinin küçələrində şahidi olduğum mənzərdən dəhşətə gəldim.
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)- Bakı üçün darıxmaq hissi…

Bu, mənim səyahət etdiyim sayca 31-ci xarici ölkəm idi. Dünyanın müxtəlif ölkələrini görmüşəm və hər səfərin özünəməxsus təəssüratları olub. Amma etiraf edim ki, xaricdə keçirdiyim dörd gün ərzində Bakı üçün bu qədər darıxdığım başqa səfəri xatırlamıram.

Səfərin sonuna yaxın isə artıq günləri deyil, saatları sayırdım. Aeroporta çatanda gözlərim istər-istəməz tanış bir mənzərə axtarırdı - Azərbaycan Hava Yollarının təyyarəsini. Çünki Bakıdan Yeni Dehliyə və geri uçuşum zamanı istifadə etdiyim AZAL təyyarəsi dörd günlük səfərim zamanı mənə ən çox rahatlıq bəxş edən vasitə oldu. Xüsusilə də AZAL-ın sərnişinlərə verdiyi milli yeməklərimiz üçün darıxmışdım.

Bakıya qayıdarkən İndira Qandi beynəlxalq aeroportunda ətrafıma baxıb düşündüm ki, bəzən səfər zamanı insanın Vətənindən uzaqda olması ona öz ölkəsinin adi görünən nemətlərinin belə əslində nə qədər dəyərli olduğunu göstərir.

Bəlkə də səfərlərin ən maraqlı tərəfi də odur ki, insan başqa ölkələri gördükcə yalnız dünyanı deyil, həm də öz ölkəsini yenidən kəşf edir, onu daha çox sevir. Uzaqlara getdikcə doğma yerlərin dəyərini daha dərindən anlayırsan, ona olan sevgin daha da artır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 185   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

29 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

DYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq

"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur"​

29 sentyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr