Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMABakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kimi diqqət çəkir.

Bəs torpağa tələbatın artmasının əsas səbəbləri nələrdir? Torpaq qiymətlərinin mənzil qiymətlərindən daha sürətli yüksəlməsinə hansı amillər təsir edir və bu tendensiya qarşıdakı dövrdə də davam edə bilərmi?
Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli Sonxeber.az-a açıqlamasında bildirdi ki, AQP-nin iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım göstərilir. Bu, kifayət qədər ciddi göstəricidir və burada əsas sual ondan ibarətdir: nə üçün torpağın qiyməti mənzillə müqayisədə daha sürətlə artır?

Mən bunu ilk növbədə torpağın məhdud və əvəzolunmaz resurs olması ilə əlaqələndirərdim. Mənzil bazarında yeni tikililər vasitəsilə təklif müəyyən qədər artırıla bilər. Amma torpağın özü artırıla bilən resurs deyil. Xüsusilə Bakı və Abşeron kimi ərazilərdə şəhərləşmə genişləndikcə, infrastruktura yaxın, sənədləri qaydasında və tikinti üçün əlverişli torpaq sahələrinin sayı azalır. Tələb isə həmin seqmentdə kifayət qədər yüksək olaraq qalır.

İkinci mühüm amil torpağın yalnız yaşayış məqsədilə deyil, investisiya və gələcək tikinti potensialı baxımından da qiymətləndirilməsidir. Alıcı torpaq alarkən təkcə bugünkü qiymətə baxmır. O, həmin ərazidə gələcəkdə ev tikmək, kommersiya obyekti yaratmaq və ya torpağı daha yüksək qiymətə satmaq imkanını da nəzərə alır. Yəni torpağın qiymətində müəyyən mənada gələcək gözləntilər də öz əksini tapır.

Üçüncü məqam lokasiyadır. Mənzil müəyyən xüsusiyyətlərinə görə başqa mənzillərlə müqayisə edilə bilər, amma torpaqda hər bir sahənin özünəməxsusluğu var. Eyni küçədə belə iki torpaq sahəsinin qiyməti sənədlərə, təyinatına, kommunikasiya xətlərinə çıxışına, yolun vəziyyətinə, fasad uzunluğuna və tikinti imkanlarına görə ciddi fərqlənə bilər.

Burada xüsusilə sənədləşmə məsələsini vurğulamaq lazımdır. Torpağın hüquqi statusu, təyinatı və tikinti imkanları onun bazar dəyərinə birbaşa təsir edir. Alıcı üçün sənədləri tam qaydasında olan və tikinti perspektivi aydın görünən torpaq sahəsi daha likvid aktivdir. Buna görə də belə torpaqlarda qiymət artımı bazarın digər seqmentlərindən daha sürətli ola bilər.

Digər tərəfdən, torpaq qiymətinin artması mənzil qiymətinə də gecikmə ilə təsir göstərə bilər. Çünki torpağın bahalaşması yeni tikinti layihələrinin maya dəyərini artırır. Bunun üzərinə tikinti materialları, əməkhaqqı, logistika və digər xərclər də əlavə olunur. Nəticədə yeni mənzilin bazara çıxış qiyməti yüksələ bilər.

Amma burada bir vacib fərq var: torpağın qiymətindəki 22,8 faizlik artımı avtomatik olaraq bütün torpaqların real bazar qiymətinin eyni nisbətdə artması kimi qəbul etmək olmaz. Aqreqat göstərici bazarın ümumi istiqamətini göstərir, lakin konkret ərazidə konkret torpağın qiyməti tamamilə fərqli dinamika nümayiş etdirə bilər.

Mən hesab edirəm ki, hazırda torpaq bazarında ən böyük risk qiymət artımının özü deyil, bazarın bəzi seqmentlərində qiymət gözləntilərinin reallıqdan uzaqlaşmasıdır. Torpağın qiymətini yalnız "ərazi bahalaşır" məntiqi ilə deyil, həmin sahənin real istifadə və gəlir yaratmaq potensialı ilə qiymətləndirmək lazımdır.

Praktiki baxımdan alıcı torpaq alarkən ən azı beş suala cavab tapmalıdır: torpağın sənədləri qaydasındadırmı, təyinatı nədir, həmin ərazidə tikinti mümkündürmü, kommunikasiya imkanları necədir və ətraf ərazilərdə real sövdələşmələr hansı qiymətlərdə baş verir?

Yəni torpağın mənzildən daha sürətli bahalaşmasının əsas səbəbi, mənim fikrimcə, onun məhdud resurs olması, yaxşı lokasiyalarda təklifin azalması və torpağa həm istehlak, həm də investisiya aktivi kimi tələbin formalaşmasıdır.

Əgər bu tendensiya davam edərsə, torpaq bazarında qiymət artımı gələcəkdə mənzil bazarına da təsir göstərə bilər. Çünki yeni tikintinin əsas komponentlərindən biri torpağın özüdür. Lakin bunun nə qədər və hansı müddətdə mənzil qiymətlərinə keçəcəyini yalnız torpağın bahalaşması ilə izah etmək düzgün olmaz; burada tikinti xərcləri, alıcılıq qabiliyyəti və yeni mənzil təklifinin həcmi də həlledici rol oynayacaq.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 196   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Bu kreditlərlə bağlı yeni qaydalar müəyyənləşdirilir: Hansı yeniliklər olacaq? - AÇIQLAMA

Son dövrlər onlayn kreditlərdən istifadə genişləndikcə vətəndaşların şəxsi məlumatlarından icazəsiz istifadə olunması və onların adından kredit rəsmiləşdirilməsi riski də diqqət çəkir. Bu baxımdan, kreditlərin onlayn qaydada rəsmiləşdirilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi borcalanları

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr