"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilibSentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

"Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərək layihənin əsas məqsədinin qadınların sağlam, fəal və mənalı həyatına dəstək göstərmək, onların həyat keyfiyyətinin yüksəldilməsinə və uzunömürlülük mədəniyyətinin təşviqinə töhfə vermək olduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qadınların cəmiyyətdə rolunun artırılması, onların sosial rifahının və sağlamlığının qorunmasının əhəmiyyətindən danışıb. O, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın bu istiqamətdə həyata keçirəcəyi fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva yeni layihənin qadınların sosial və mənəvi rifahına töhfə verəcəyini qeyd edərək rezidensiyanın fəaliyyətinə uğurlar arzulayıb.

"Modern Ailə və İnkişaf" İctimai Birliyinin sədri Zərifə Quliyeva isə ailə, qadın və sosial inkişaf sahəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən söz açıb.

Tədbirdə Milli Məclisin mərhum deputatı Qənirə Paşayevanın anası Tehran Nağıyeva da çıxış edib. O, qızının xatirəsinə göstərilən diqqətə və onun adının belə bir məkanda yaşadılmasına görə təşəkkürünü bildirib, Qənirə Paşayevanın həyatından, insanlara bağlılığından və ictimai fəaliyyətindən danışıb.

Qənirə Paşayevanın digər ailə üzvləri də onun xatirəsinin yaşadılması istiqamətində görülən işlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Xalq rəssamı Arif Hüseynov tədbir çərçivəsində təqdim olunan "Yazılmayan şeirlər" sərgisi barədə məlumat verib, əsərlərinin bu əlamətdar gündə nümayiş etdirilməsindən məmnunluğunu ifadə edib.

Açılış mərasiminin əsas məqamlarından biri Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş Xatirə Otağının təqdimatı olub.

Xatirə Otağında Qənirə Paşayevanın həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, onunla bağlı müxtəlif xatirə materialları nümayiş olunur. Məkanın yaradılmasında məqsəd Qənirə Paşayevanın xatirəsini yaşatmaq, onun həyat və fəaliyyətini gələcək nəsillərə çatdırmaqdır.

Digər çıxışçılar da Qənirə Paşayevanın ictimai-siyasi fəaliyyətindən, insanlara və milli-mənəvi dəyərlərə bağlılığından, eləcə də xatirəsinin yaşadılmasının əhəmiyyətindən danışıblar.

Açılış mərasimindən sonra qonaqlar "Loqos Qadın Uzunömürlülük Rezidensiyası" ilə tanış olub, Qənirə Paşayevanın Xatirə Otağına və Xalq rəssamı Arif Hüseynovun "Yazılmayan şeirlər" sərgisinə baxış keçiriblər.
"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 349   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat

Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. -a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Elmira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elmira iki il Bakıd

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr
.

Milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin təbliği və informasiya təhlükəsizliyinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini və teleradionun dövlətçilik tariximizdək

16 noyabr
.

Milli teleradio: Dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliğində strateji vasitə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin əsas istiqamətlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini, eləcə də müasir dövrdə informasiya təhlükəsizliyini

16 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr