Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin dönüş nöqtəsi oldu

Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin dönüş nöqtəsi olduQarabağın dilbər guşələrindən biri olan Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub şərqində, Araz çayının sol sahilində, sənub tərəfdən İran İslam Respublikası, cənub- qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayon haqqında İran tarixçisi Həmdullah Qəzvininin, Azərbaycan tarixçiləri Abasqulu ağa Bakıxanovun, Əhməd bəy Cavanşirin, Mirzə Camal Cavanşirin, Mirzə Adıgözəl bəyin və başqalarının əsərlərində taixi və dəyərli məlumatlara rast gəlmək olur.

Cəbrayıl tarixən qədim insanın formalaşdığı yerlərdən biri olmuşdur. Belə ki, bu gün də tarixçilər tərəfindən araşdırılan məşhur Azıx mağarasının keçmiş Cəbrayıl qəzası ərazisində olması, eyni zamanda, Dağtumas kəndi yaxınlığındakı "Nəfəsli dərə" deyilən ərazidə yerləşən "Divlər sarayı" mağarasından tapılmış yaşayış üçün təbii məhsulların və əmək alətlərinin bol olması bunu deməyə əsas verir. Rayonun adı Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını VIII əsrdə yaşamış Cəbrayıl ata qoymuşdur. O, Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından olmuşdur. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilirmiş.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Rayonun ərazisindəki türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəslə ötürülmüş canlı tarixdir. Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdən biri olan Xudafərin körpüsü də Cəbrayıl rayonu ərazisində yerləşir.

Ötən əsrin 90-cı illərində barbar və terrorçu Ermənistan Azərbaycan torpaqlarının işğalına başladı. O dövrdəki zəif Azərbaycan dövləti və milli ordumuzun tamamilə formalaşmaması, ən başlıcası isə Rusiyanın ermənilərə hərbi və siyasi dəstək verməsi ilə torpaqlarmız biir- birinin ardınca işğal olundu. 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu işğal edildi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali doğma yurd-yuvalarından didərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Cəbrayıl rayonundan Birinci Qarabağ müharibəsində 392 nəfər şəhid, 191 nəfər əlil oldu.

Cəbrayıllılar 27 il ərzində öz döğma yurdlarının həsrəti ilə yaşadılar. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin ilk günündə Azərbaycan Ordusu Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji
Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.

Rayonun azad edilməsi xəbərini xalqımız düz 27 il səbirsizliklə gözləyirdi. Həmin axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdilər. Bu, sevinc göz yaşları idi. Çünki, altı il bundan əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu şəhərin azad olunması günü kimi yazıldı. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra-2020-ci il noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan Bayrağını ucaltdı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib.Həmin Sərəncama uyğun olaraq Zəfər yolunun başlanğıcı, ilk azad edilən şəhər kimi oktyabrın 4-ü Cəbrayıl Şəhər Günü kimi qeyd edilir. Cəbrayıllılar və bütün Azərbaycan xalqı bu günü böyük təmtəraqla bayram edirlər.

Beynəlxalq təşkilatlar və xarici ölkələr ermənipərəst xarkterləri ilə 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdular. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.

Ermənistan hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç vaxt buraya qayıtmayacaqdır. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıb viran qoymuşdular. Amma yanıldılar. İkinci Qarabağ müharibəsindəki 44 günlük döyüşlərdə qazandığımız tarixi Zəfərdən sonra Qarabağda və Şəqi Zəngəzurda Böyük Qayıdış üçün nəhəng tikinti- quruculuq işlərinə başlanıldı. Bu gün Cəbrayıl başda olmaqla işğaldan azad edilmiş rayonlar sözün həqiqi mənasında gülüstana çevrilir.

Həbib Məmmədov - müharibə veteranı, polkovnik


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 252   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

1 oktyabr
.

Azərbaycan tarixinin yeni mərhələsi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

1 oktyabr
.

Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini

30 sentyabr
.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo

30 sentyabr
.

Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq

Bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər Ona tariximizin yaddaşına əbədi həkk olunmaq, Öz xalqının qəlbində əbədi yaşamaq səadəti bəxş edib. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə v

1 oktyabr
.

Vətənə sədaqətlə xidmət etmiş Ulu Öndər

Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu qoruyuculuğu öz inkişaf yoluna çıxdı. Böyü

1 oktyabr
.

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən

1 oktyabr
.

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən forum Bakı Konqres Mərkəzind

1 oktyabr
.

"Pekinin mövqeyinə görə, söhbət təkcə hüquqi texniki məsələdən getmir" - BƏHRUZ QULİYEV

"Son günlər Çinlə Yaponiya arasında münasibətlərdə yeni bir mübahisəli mövzu gündəmə gəlib. Söhbət BMT Nizamnaməsində II Dünya müharibəsindən qalma "düşmən dövlət" adlandırılan müddəalardan gedir. Əvvəlcə məsələni aydınlaşdıraq. BMT Nizamnaməsinin 53, 77 və 107-ci maddələrində II Düny

30 sentyabr