Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMAElektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcının istehlakçı qarşısında zəmanət və məhsulun keyfiyyəti ilə bağlı birbaşa hüquqi öhdəlikləri daha aydın müəyyənləşdirilib.

Bəs mövcud qaydalar çərçivəsində elektronika mağazalarının üzərinə istehlakçı qarşısında daha konkret və rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? Belə bir mexanizm tətbiq olunarsa, mağazaların, servis mərkəzlərinin və istehsalçıların məsuliyyəti necə bölüşdürülməlidir? Əsas məsələ isə budur: nasaz məhsulla üzləşən istehlakçı öz hüququnu daha asan şəkildə kimdən tələb etməlidir?
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlamasında bildirdi ki, sualınıza cavab olaraq bildirirəm ki, Avropa dövlətləri mağazaların üzərinə "istehsalçı zəmanəti verin" öhdəliyi qoymur - bunu texniki olaraq qoya da bilməzlər, çünki istehsalçı zəmanəti Samsung-un, Bosch-ın və ya digər şirkətlərin öz könüllü kommersiya öhdəliyidir, dövlət xarici şirkəti ona məcbur edə bilməz. Avropa fərqli bir şey edir: satıcının qanuni uyğunluq məsuliyyətini tənzimləyir (AB-nin 2019/771 saylı Direktivi). Yəni mal təhvil veriləndən sonra ən azı 2 il ərzində məhsul uyğunsuz çıxarsa, cavabdeh - zəmanət kartını kim verməsindən asılı olmayaraq - satıcıdır. İstehsalçı zəmanəti bunun üstünə əlavədir, əvəzi deyil. Üstəlik ilk 12 ayda (bəzi ölkələrdə 24 ay) qüsurun malda doğuşdan olduğu güman edilir - sübut yükü satıcının üzərindədir. Yəni əsl mexanizm "rəsmi zəmanət" deyil, "satıcının qanuni məsuliyyəti + sübut yükünün ona keçməsi"dir.

Yerli qanunvericiliuə əsasən, Mağaza "servis zəmanəti" ilə sizin qanuni hüquqlarınızı azalda bilməz. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 16-cı maddəsi birbaşa deyir ki, qanunvericilikdəki hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsızdır. Zəmanət kartında "yalnız təmir edilir, dəyişdirilmir" yazılması hüquqi qüvvəyə malik deyil.

Həmin qanunun 7.1-ci maddəsinə görə zəmanət müddətində qüsur aşkar edəndə siz öz istəyinizə görə satıcıdan və ya istehsalçıdan beş tələbdən birini irəli sürə bilərsiniz: dəyişdirmə, qiymətin azaldılması, pulsuz təmir (və ya təmir xərclərinin ödənilməsi), başqa modelə dəyişdirmə, yaxud müqavilənin ləğvi və zərərin ödənilməsi. Mağaza sizi "istehsalçıya müraciət edin" deyə göndərə bilməz - seçim hüququ sizdədir.

Azərbaycandan kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində yuxarıdakı tələblər satıcının hesabına ödənilir. Elektronikanın demək olar hamısı bu kateqoriyaya düşür. 7.8-ci maddə isə deyir ki, istehsalçı satıcının çəkdiyi xərci ona qaytarmalıdır - yəni bu, mağaza ilə istehsalçı arasındakı məsələdir, sizin probleminiz deyil.
Həmin qanunun 7.10-cu maddəsinə görə tələbiniz yalnız o halda rədd edilə bilər ki, satıcı və ya istehsalçı qüsurun sizin istifadə/saxlama qaydalarını pozmağınızdan, üçüncü şəxslərin hərəkətindən və ya təbii fəlakətdən yarandığını sübuta yetirsin. Praktikada bu tərsinə işlədilir - "siz vurmusunuz" deyib üstünü örtürlər, halbuki bunu sübut etmək onların işidir.

Habelə zəmanət müddətində keyfiyyətin itmə səbəbini müəyyən etmək lazım gələrsə, satıcı sizin yazılı ərizənizi aldıqdan sonra 3 gün ərzində malı ekspertizaya göndərməlidir və ekspertiza satıcının hesabına aparılır.

Təmir müddəti qədər- zəmanət uzadılır, mal dəyişdirilərsə zəmanət sıfırdan başlayır. İstehsalçı malın xidmət müddəti ərzində, belə müddət müəyyən edilməyibsə 10 il ərzində təyinatı üzrə istifadəyə təminat verməli və ehtiyat hissələri ilə təchizatı təmin etməlidir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 233   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd

30 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr