Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib.
Bizimyol.info xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb.
Yeni sanksiyalara Cənubi Osetiyanın prezidenti Marat Kambolov da daxil edilib. Siyahıda, həmçinin Rusiya Prezidentinin müşaviri Alan Qaqloyev, Zaporojye vilayətinin keçmiş vitse-qubernatoru Sergey Tolmaçov, Ukraynanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən "Pervıx" hərəkatının regional strukturlarının rəhbərləri və bir sıra digər şəxslər yer alıb.
Bundan başqa, Gürcüstanda fəaliyyət göstərən "Sülh naminə həmrəylik" partiyasının beynəlxalq katibi Mamuka Pipiya, "Gürcüstanın gənc avrasiyaçıları ittifaqı"nın rəhbəri Georgi İremadze və "Sezoni" teleşirkətinin təsisçisi Nikoloz Mjavanadze də sanksiyaya məruz qalıb.
Siyahıya Zaporojye və Xerson vilayətlərində fəaliyyət göstərən bir sıra məmur və hərbçilər, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları, həmçinin Novatek Gas and Power Asia şirkəti daxil edilib.
Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiyaya məruz qalan şəxslər üçün ölkəyə giriş məhdudlaşdırılır, siyahıya alınmış şirkət və şəxslərin Britaniyadakı aktivləri isə dondurula bilər.
Cənubi Osetiya beynəlxalq səviyyədə geniş şəkildə Gürcüstanın ərazisi kimi tanınır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 173 Tarix: 01 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
7 oktyabrABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!
İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər
7 oktyabrİstanbulda bina çökdü: saxlanılanlar var
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala
8 oktyabrFinlandiyada pensiya yaşı 70-ə qaldırıla bilər
Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib. Bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadə
7 oktyabrYunanıstanda neft emalı zavodunda partlayış olub - yaralılar var
Yunanıstanın Aqioi-Teodori şəhərində "Motor Oil" şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib. Bu barədə "Skai" telekanalı müəssisənin Mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində 2 nəfər yaralanıb. İnsident yerli vaxtla saat 11:00-da (Bak
9 oktyabr