Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsinin səbəbi səhhətində yaranan problemlərlə əlaqələndirilib. Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən iclasda cinayət işi məhkəmə baxışına verilib. Növbəti məhkəmə iclası oktyabrın 5-ə təyin olunub.
Belə məlumatlar var ki, Ramiz Mehdiyev növbəti məhkəmə iclasında da iştirak etməyə bilər.
AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı açıqlama verib.
O bildirib ki, Cinayət-Prosessual Məcəllənin 311.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs məhkəmə baxışının bütün iclaslarında iştirak etməlidir. Onun iştirakı olmadan işə baxılmasına yalnız iki müstəsna halda yol verilir:
"Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda və məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda işə onun iştirakı olmadan baxıla bilər. Digər istisna isə böyük ictimai təhlükə törətməyən cinayət işlərinə aiddir. Belə işlərdə təqsirləndirilən şəxs öz iştirakı olmadan məhkəmə baxışının keçirilməsi barədə vəsatət verə bilər. Bununla belə, onun iştirak etməməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olmamalıdır".
Əliməmməd Nuriyev qeyd edib ki, Ramiz Mehdiyevin növbəti iclasa gəlməməsinin hüquqi nəticələri də konkret səbəblər qiymətləndirildikdən sonra müəyyənləşdiriləcək:
"Sağlamlıq vəziyyəti ilə bağlı əsaslı maneə kimi üzrlü səbəb varsa, məhkəmə bunu qiymətləndirərək iclası təxirə sala bilər. Üzrlü səbəb olmadan gəlmədikdə isə onun məcburi gətirilməsi barədə qərar qəbul oluna bilər. Həmçinin qanunda nəzərdə tutulan əsaslar olduqda barəsində qətimkan tədbiri seçilə və ya mövcud qətimkan tədbiri daha ağır tədbirlə əvəz edilə bilər".
Hüquqşünas vurğulayıb ki, iclasa gəlməmək avtomatik olaraq işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılması və ya qətimkan tədbirinin dərhal ağırlaşdırılması demək deyil:
"Qərar konkret hallar araşdırıldıqdan sonra məhkəmə tərəfindən qəbul edilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 108 Tarix: 01 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabr2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd
30 sentyabrMüəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
1 oktyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabr