Rusiya Kiyevdə mühüm körpüyə zərbə endirdi
Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə yeni hava zərbələri endirib. Hücum zamanı şəhərin cənubundakı mühüm körpü də hədəfə alınıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hava zərbələri nəticəsində Cənub körpüsünə ziyan dəyib. Hücumlar zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb. Şəhərdə yaşayış binası və məktəb də zərər görüb. Zərbələrdən sonra Cənub və Paton körpüləri nəqliyyat üçün bağlanıb, Metro körpüsündə isə hərəkət məhdudlaşdırılıb. Bu, Kiyevdə nəqliyyatın fəaliyyətinə ciddi təsir göstərib. Digər tərəfdən, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin FP-7 taktiki ballistik raketindən ilk dəfə döyüş şəraitində istifadə etdiyini açıqlayıb.
Bildirilir ki, raketin uçuş məsafəsi təxminən 200 kilometrdir. Ukrayna həmçinin Rusiya ərazisindəki neft və sənaye obyektlərinə qarşı dron hücumlarını davam etdirir. Reuters-in məlumatına görə, Volqoqradda neft emalı zavodunun da hücuma məruz qaldığı bildirilib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 476 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rubio: Rusiya və Ukrayna strateji dalandadır
ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej
8 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabrABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!
İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər
7 oktyabrFinlandiyada pensiya yaşı 70-ə qaldırıla bilər
Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib. Bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadə
7 oktyabrBir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə
7 oktyabrVanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabrİstanbulda yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb. Qaynarinfo bu barədə "TRT Haber"ə istinadən xəbər verir. Hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir. Onların axtarış-xilasetmə işlərinə başlanıb. Hadisə nəticəsind
8 oktyabrRusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var
Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa
8 oktyabr