Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlamaMasallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub.

Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər.

Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdlü Z.Əliyevanın anası Jalə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qızının görmə qabiliyyəti 60 faiz itib:

"Hazırda qızımın görmə qabiliyyəti 40 faizə düşüb. Hadisə isə kimya dərsində, məktəbin lobaratoriyasında səhlənkarlıqdan baş verib. Kimya müəllimi Sumayə Rəhimova 8-ci sinif şagirdlərinə təcrübə keçmək istəyib. Əslində təcrübə zamanı şagirdlər və müəllim kimyəvi məhluldan qorunmaq üçün qoruyucu eynəklərdən istifadə etməlidirlər. Amma nə müəllimdə, nə də şagirdlərdə qoruyucu eynək və digər təhlükəsizlik avadanlığı olmayıb. Məhlulla dolu təcrübə qabı isə Sumayə Rəhimovanın köməkçisi Mahirə xanımın əlində olub. O, təcrübə zamanı ehtiyatsız davranıb və nəticədə əlindəki qabda olan məhlul partanın üstünə dağılıb. Hadisə nəticəsində qızım və əlavə 5 şagird xəsarət alıblar".

Xəsarət alan digər şagird, 2013-cü il təvəllüdlü S.Rəhmətovanın valideyni Aygün Mehdiyeva isə bildirib ki, hadisə zamanı qızı qorxub və huşunu itirib:

"Mənə zəng vurdular ki, qızının ürəyi gedib. Uşaq qorxudan və məhlulun təsirindən epilepsiya keçirib, xəstəxanaya aparılıb. Uşağa bir neçə iynə və sistem vurulduqdan sonra özünə gəldi, hazırda da vəziyyəti yaxşı deyil. Mənə məktəbdə deyirlər ki, uşağınız şou göstərir. Hadisə ilə bağlı məktəbə təcili tibbi yardım briqadası çağırılsa da, məktəbin direktoru briqadanı məktəbə buraxmayıb, geri qaytarıb. Hadisə nəticəsində mənim qızım və Z.Əliyeva xəstəxanaya aparılıb. Digər şagirdlər isə ev şəraitində müalicə olunurlar ki, xəstəxanaya qeydiyyata düşməsinlər. Hadisə zamanı daha bir uşağın gözünə məhlul düşüb, bir nəfərin isə qarın nahiyəsini məhlul yandırıb. Bundan başqa daha iki nəfərin də xəsarət aldığı deyilir".

11:14

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət almasına rəsmi münasibət açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, Masallı şəhəri İntiqam Əsgərli adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində VIII siniflərdən birində kimya dərsi zamanı təcrübə prosesində kolbanın sürüşməsi nəticəsində içərisindəki məhlul partaya və yaxınlıqda olan şagirdlərdən birinin üzərinə sıçrayıb.

"Hadisədən dərhal sonra şagirdə ilkin yardım göstərilib, müayinə və zəruri tibbi yardım üçün müvafiq tibb müəssisəsinə yönləndirilib. Şagirdin səhhəti nəzarətdə saxlanılır", - deyə məlumatda bildirilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2013-cü il təvəllüdlü yeniyetmə (qadın cinsli) sentyabrın 30-da saat 11:30-da Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib:

"Ona sol gözün kimyəvi zədələnməsi diaqnozu təyin olunub, zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeniyetmə ambulator müalicə üçün evə buraxılıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 59   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub. Bildirilib ki, əsas problem Bakıxanov küçəsi, 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən restoranı

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr