Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMABoşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər.

Bəs qadın şiddət görmədən və öldürülmədən psixoloji və fiziki zorakılıq göstərən ərindən necə canını qurtara bilər, hansı addımları əvvəlcədən atmalıdır?
Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, bəzi müsəlman cəmiyyətlərində gender bərabərliyinin yalnız kağız üzərində qalması, kişi üstünlüyünün sosial norma kimi qəbul edilməsi və zorakılığın müəyyən hallarda normallaşdırılması qadınlara qarşı zorakılığı gücləndirən sosial amillərdən biri kimi qiymətləndirilir. Onun sözlərinə görə, qadının boşanması, yaxud boşanmaq istəməsi qətl səbəbi deyil: "Kişilərdə artıq əvvəldən mövcud olan təhlükəli davranış boşanma mövzusunda daha da kəskinləşməyə başlayır. Burada "hamısının psixoloji xəstəliyi var" demək yanlışdır. Bəzilərində sahiblik hissi - yəni " sən mənimsən " deyib, qadını özünün şəxsi mülkü kimi qəbul etmək var. Qadın münasibəti bitirmək istədikdə sanki,onun hakimiyyətinə qarşı çıxmış kimi qəbuı edir. Bəzi kişilərdə rədd edilməyə dözümsüzlük var. Özünü "heç kim" hiss edərək, alçaldılmış və rədd edilmiş kimi hiss edir. Digərlərində patoloji qısqanclıq və paranoid düşüncələr ola bilir. Məsələn; "mütləq başqa kişi var", "məni aldadır", "məndən sonra başqası ilə olacaq" kimi düşüncələr fakt olmadan, amma bu düşüncələri həqiqət kimi yaşayırlar.

Eləcə də, əgər münasibətdə nəzarət və zorakılıq varsa, təhlükə artıq çox əvvəldən mövcuddur. Bu kimi ciddi bir məsələnin qarşısını almaq üçün, zorakılığa göz yuman sosial münasibətlərlə yanaşı, zorakılıq törədən şəxslərə tətbiq olunan hüquqi məsuliyyət də ciddi olmalıdır. Xüsusilə ağır və təkrarlanan zorakılıq hallarında uzunmüddətli həbs cəzası nəzərdə tutulmalıdır. Qadına və uşağa qarşı zorakılıq "ailə məsələsi" kimi deyil, inkişaf etmiş cəmiyyətlərdəki kimi cinayət kimi yanaşılsa, cəmiyyət qətldən əvvəlki davranışları görməyi maariflənərək öyrənsə, "barışdırmaq" avtomatik həll kimi təqdim edilməsə, psixoloji yardım yalnız qadına deyil, kişiyədə də zamanında yönəlsə, "boşanmaq istəyirəm" cümləsi kişilərə risk siqnalı kimi qəbul edilməməsi öyrədilsə bəlkə o zaman inkişaf etmiş cəmiyyətlər sırasına daxil olarıq.

İnkişaf yalnız texnologiya və iqtisadiyyatla deyil, insana, xüsusilə qadına,uşağa və hətta heyvana verilən qanuni dəyərlə ölçülür. Bu cür halların davamlı təkrarlanması cəmiyyətin psixoloji və sosial şüurunun inkişaf etdirilməsinə ehtiyac olduğunu göstərən mühüm siqnaldır".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 105   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr