Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs, işçilərin artıq iş saatlarına, istirahət və bayram günlərində, gecə növbəsində, eləcə də ağır və zərərli iş şəraitində fəaliyyətinə görə əlavə ödənişlər necə hesablanmalıdır və işəgötürən bu ödənişləri vermədikdə işçi hüquqlarını qorumaq üçün hansı hüquqi addımları ata bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, bütün bu iş saatlarına, əlavə iş saatlarına, istirahət və bayram günlərində görülən işlərə görə işçiyə qanunvericiliyə uyğun olaraq ikiqat əməkhaqqı ödənilməlidir.
"İşəgötürən tərəfindən bu ödənişlər verilmədiyi halda vətəndaş öz hüquqlarını müdafiə etmək üçün həm Əmək Müfəttişliyinə şikayət edə, həm də məhkəməyə müraciət edərək ona ödənilməli olan məbləğin tələb olunmasını istəyə bilər. Sadəcə, vətəndaş nəzərə almalıdır ki, əməkhaqqının və digər ödənişlərin tələb edilməsi ilə bağlı müraciət müddəti bir ildir. Buna görə də işçi hüquqlarının pozulduğunu düşündüyü halda, qanunla müəyyən edilmiş müddəti nəzərə alaraq vaxtında müraciət etməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri