İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatın artması da bu marağın əsas səbəblərindən biri hesab olunur.
Bəs, son dövrlərdə ikinci ali təhsilə marağın artmasının əsas səbəbləri nələrdir, insanları ikinci dəfə ali təhsil almağa daha çox hansı amillər sövq edir və bu tendensiya əmək bazarındakı dəyişikliklərlə nə dərəcədə bağlıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda ikinci təhsil adətən yaranmış şəraitdən və vəziyyətdən asılı olur:
"Məsələn, bir şəxs öz perspektivini iqtisadiyyat sahəsində görürsə, aldığı ixtisasdan kənara çıxaraq iqtisadiyyat üzrə ikinci ixtisas almaq istəyir. Yaxud iqtisadiyyat və ya pedaqoji sahə üzrə ixtisaslaşmış şəxs gələcəkdə özünü perspektivli işdə, məsələn, hüquq-mühafizə orqanlarında görürsə, ikinci ixtisas kimi hüququ seçə bilər. Amma son vaxtlar müşahidə etdiyimiz ciddi bir fakt var. Daha çox yüksək vəzifə tutan, millət vəkilləri və dövlət qulluğunda müəyyən mərhələyə gəlib çatmış şəxslər ikinci ixtisasa müraciət edirlər. Bəziləri dövlət qulluğunda daha prestijli ixtisaslardan biri olan Dövlət İdarəçilik Akademiyasına üz tuturlar, digərləri isə gələcəkdə hüquq sahəsində inkişaf etmək üçün hüquq ixtisasını seçirlər".
Ekspert bildirib ki, heç təsadüfi deyil ki, keçən il Azərbaycanda hüquq ixtisasının illik təhsil haqqı 7000 manata qədər artırıldı:
"Əlbəttə, bu, tələb və təklif məsələsidir. Təhsil müəssisələri görürlər ki, həmin şərtləri qəbul edən, xüsusilə yüksək vəzifə tutan şəxslər var və onlar bu ixtisasa daha çox müraciət edirlər. Millət vəkillərinin də nədənsə ikinci ixtisas üzrə özlərini sınamağa daha çox maraq göstərdikləri müşahidə olunur. Bu da müəyyən mənada onu göstərir ki, onlar sonrakı mərhələni düşünərək əmək bazarında gələcək üçün özlərinə iş imkanları yaratmağa çalışırlar. Amma ümumilikdə orta statistik azərbaycanlı ikinci ixtisas dalınca getmir. Çünki onun üçün əmək bazarında öz ixtisasına uyğun iş tapmaq və həmin sahədə çalışmaq kifayət edir. Azərbaycanda ikinci ixtisasa daha çox həvəs və maraq göstərənlər isə, qeyd etdiyim kimi, əsasən vəzifəli şəxslər və millət vəkilləridir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 109 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabr