Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçilərin hüquqlarının qorunması baxımından mühüm məsələdir.
Bəs, söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiya hansı meyarlar əsasında hesablanmalıdır və sakinlər təklif olunan məbləğlə razı olmadıqda öz hüquqlarını qorumaq üçün hansı hüquqi addımları ata bilərlər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, Bakıda binaların sökülməsi zamanı mənzil sahibinə təklif edilən kompensasiya yalnız sabit "kvadratmetr qiyməti" ilə əsaslandırıla bilməz.
"Kompensasiyanın məbləği əmlakın real bazar dəyəri, mənzilin xüsusiyyətləri və söküntünün hansı hüquqi əsasla aparılması nəzərə alınmaqla müəyyən edilməlidir. İlk növbədə söküntünün dövlət ehtiyacları, yoxsa özəl tikinti layihəsi çərçivəsində həyata keçirildiyi aydınlaşdırılmalıdır. Dövlət ehtiyacları üçün əmlak alınarkən qanunvericilik ədalətli kompensasiyanın ödənilməsini nəzərdə tutur. Yaşayış sahəsinin alınması zamanı müəyyən şərtlərlə "çətinliklərə görə kompensasiya" mexanizmi də tətbiq oluna bilər. Sakin kompensasiya təklifini alarkən yalnız məbləğə deyil, onun hansı komponentlərdən ibarət olduğuna diqqət etməlidir. Müqavilədə yeni mənzilin sahəsi və ünvanı, ödəniş və təhvil müddəti, kirayə və köçmə xərcləri, gecikmə halında məsuliyyət, köhnə mənzilin boşaldılması və mülkiyyət hüququnun keçirilməsi kimi məsələlər açıq göstərilməlidir".
Ekspert bildirib ki, bazar qiyməti isə sadəcə internet elanlarının orta göstəricisi deyil:
"Qiymətləndirmə zamanı ərazinin, binanın, mərtəbənin, sahənin, otaq sayının və təmir vəziyyətinin nəzərə alınması vacibdir. Sakinlər söküntünün hüquqi əsasını, qiymətləndirmə hesabatını, kompensasiya təklifini, müqavilə layihəsini və ödəniş-köçürülmə şərtlərini tələb edə bilərlər. Təkliflə razılaşmadıqda müstəqil qiymətləndirmə aparılması, yazılı etiraz verilməsi və zərurət yaranarsa, hüquqi müdafiə yollarından istifadə edilməsi mümkündür. Əsas prinsip budur: mülkiyyətçidən əmlak alınırsa, onun əvəzində hüquqi əsaslandırılmış və ədalətli kompensasiya verilməlidir. Razılaşmadığı sənədi isə sakin tələsik imzalamamalı, əvvəlcə kompensasiyanın hüquqi və qiymətləndirmə əsaslarını araşdırmalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Gündə minimum addım sayı təyin edildi
Qızılın qiymətində yeni göstəricilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR