Uzunmüddətli siyasi fəaliyyət və yeni mərhələnin çağırışları
"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". Prezident İlham Əliyev bu fikri Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı səsləndirib. Dövlət başçısı üç onillikdən artıq müddətdə YAP-ın iqtidarda olduğunu vurğulayaraq partiyanın fəallarının ölkənin son illərdə keçdiyi inkişaf yolunda mühüm rol oynadığını bildirib: "Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var".
Bu fikirlər YAP-ın Azərbaycan siyasi sistemindəki mövqeyinə yalnız partiya fəaliyyəti müstəvisindən deyil, ölkənin müasir siyasi tarixinin əsas mərhələləri kontekstindən yanaşmağı zəruri edir. 1992-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası müstəqilliyin ilk illərində ölkəni bürüyən dərin siyasi və sosial-iqtisadi böhrandan çıxaracaq yeganə ümid yeri kimi formalaşdı. 1993-cü ildən etibarən isə dövlətçiliyin xilası, sabitliyin bərqərar olunması və milli inkişaf strategiyasının icrasında ölkənin əsas hakim siyasi qüvvəsinə çevrildi.
Otuz ildən artıq davam edən bu siyasi mərhələ Azərbaycanın dövlətçilik tarixində həlledici dövrü əhatə edir. Bu müddətdə ölkənin siyasi və iqtisadi sistemində əhəmiyyətli dəyişikliklər baş verib, dövlət idarəçiliyi institutları təkmilləşdirilib, müxtəlif istiqamətlər üzrə köklü islahatlar həyata keçirilib. Ümummilli Liderin formalaşdırdığı inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni tarixi dövrə qədəm qoyub. YAP bütün bu geostrateji və daxili siyasi proseslərin mərkəzində dayanan əsas siyasi sütun rolunu oynayıb.
Uzunmüddətli siyasi fəaliyyət partiyanın qarşısında təkcə əldə edilmiş zəfərlərin və strateji nəticələrin qorunması məsələsini deyil, həm də dəyişən ictimai münasibətlərə, regional güc balansına və yeni siyasi reallıqlara çevik uyğunlaşmaq vəzifəsini qoyur. Müasir dövrdə siyasi partiyaların fəaliyyətinin effektivliyi onların təşkilati strukturu və üzvlərinin sayı ilə yanaşı, cəmiyyətlə qurduğu açıq kommunikasiya, yeni sosial qruplarla əlaqələri, gənclərin siyasi proseslərə cəlb edilməsi və rəqəmsal imkanlardan istifadə dərəcəsi ilə də ölçülür.
Bu baxımdan YAP-ın siyasi fəaliyyətində yenilənmə və keyfiyyətcə yeni mərhələyə keçid məsələsi xüsusi əhəmiyyət kəsb edir. 2021-ci ildə keçirilmiş VII Qurultayda Prezident İlham Əliyev partiyanın yeni mərhələdə fəaliyyətinin daha da gücləndirilməsinin, yeni reallıqların və strateji hədəflərin müəyyən edilməsinin vacibliyinə diqqət çəkmişdi. Həmin qurultaydan sonra partiyanın təşkilati strukturunda, İdarə Heyətinin və Mərkəzi Aparatın fəaliyyət mexanizmlərində köklü yenilənmə prosesləri həyata keçirildi, struktur optimallaşdırılması aparıldı.
Bu gün siyasi kommunikasiya əvvəlki dövrlərlə müqayisədə daha dinamik və interaktiv xarakter daşıyır. Sosial şəbəkələr, rəqəmsal media və yeni informasiya platformaları cəmiyyətlə siyasi institutlar arasında birbaşa münasibətlərin qurulmasında aparıcı rol oynayır. Nəticədə siyasi təşkilatlar üçün ənənəvi təşkilati mexanizmlərlə müasir, innovativ kommunikasiya vasitələrinin sintezi vacib zərurətə çevrilir.
YAP-ın VIII Qurultayına hazırlıq prosesi də partiyanın təşkilati fəaliyyətinin növbəti keyfiyyət mərhələsinin müəyyənləşdirilməsi baxımından diqqət çəkir. Rəsmi məlumata görə, sentyabrın 7-dən 19-nadək partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib. Həmin tədbirlərdə 16 min 239 nəfər iştirak edib və qurultaya 960 nümayəndə seçilib. VIII Qurultayın oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilməsi təşkilatın miqyasını və dövlət həyatındakı yerini bir daha nümayiş etdirir.
YAP-ın malik olduğu göstəricilər onun geniş təşkilati şəbəkəsini təsdiqləyir. Ölkənin bütün regionlarını və sosial təbəqələrini əhatə edən 800 mindən artıq partiya üzvü, yerli təşkilatların fəaliyyətində rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və hesabatlılığın artırılması, yeni nəsil kadrların partiya strukturlarında və dövlət idarəçiliyində irəli çəkilməsi, rəqəmsal platformalarda fəallığın təmin edilməsi, eləcə də vətəndaş cəmiyyəti institutları ilə ardıcıl əməkdaşlıq bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin YAP-ı Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi xarakterizə etməsi partiyanın uzunmüddətli təşkilati və siyasi fəaliyyətinə verilən ali qiymətdir.
Yeni mərhələdə YAP qarşısında duran əsas məsələ uzunmüddətli siyasi təcrübənin müasir dövrün çağırışları ilə uzlaşdırılmasıdır. Burada söhbət yalnız təşkilati yenilənmədən getmir. Siyasi kommunikasiyanın yeni formalarının mənimsənilməsi, gənclərlə işin genişləndirilməsi, ictimai dialoqun dərinləşdirilməsi və rəqəmsal informasiya mühitində daha çevik fəaliyyət mexanizmlərinin qurulması bu prosesin ana xəttini təşkil edir.
Beləliklə, Azərbaycanın siyasi sistemində aparıcı yer tutan YAP-ın VIII Qurultayı yalnız növbəti təşkilati tədbir kimi deyil, partiyanın gələcək inkişaf strategiyasının və yeni dövrün ideoloji prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir. Qurultayda qəbul edilən qərarların və müəyyənləşdirilən hədəflərin YAP-ın qarşıdakı illərdə də dövlətçiliyin möhkəmləndirilməsi və milli maraqların müdafiəsi işinə xidmət edəcəyini nümayiş etdirəcəyini heç bir şübhə yoxdur.
Günel Aslanlı - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Gündə minimum addım sayı təyin edildi
Qızılın qiymətində yeni göstəricilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR