YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni mərhələdə qarşıda duran əsas hədəfləri müəyyənləşdirən siyasi platforma kimi diqqəti çəkir.
Yeni Azərbaycan Partiyasının 1992-ci ildə Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyətində xalqın sabitlik, güclü dövlətçilik və inkişaf tələbinin ifadəsi kimi yaradıldı. Heydər Əliyevin hakimiyyətə qayıtması və Yeni Azərbaycan Partiyasının yaradılması xalqın tələbi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin əsasları möhkəmləndirildi, ictimai-siyasi sabitlik təmin olundu, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və iqtisadi inkişaf üçün mühüm zəmin yaradıldı. Formalaşdırılan siyasi kurs sonrakı dövrdə də davam etdirilərək ölkənin iqtisadi, hərbi və siyasi potensialının gücləndirilməsinə xidmət etdi. Bu siyasətin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfərdən sonra fəaliyyətini qarşıya qoyulan strateji məqsədlərə yönəldən Azərbaycan 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyini tam təmin etdi.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi, "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". Beləliklə, Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açıldı. Bu mərhələdə əsas vəzifələrdən biri əldə edilmiş tarixi nəticələrin qorunması, təhlükəsizlik imkanlarının və hərbi potensialın daha da gücləndirilməsidir. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişməsi və təhlükəsizlik çağırışlarının artması güclü ordunun və etibarlı müdafiə sisteminin dövlət müstəqilliyinin əsas təminatlarından biri olduğunu göstərir.
Yeni dövrün çağırışları yalnız hərbi təhlükəsizliklə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı, qlobal informasiya məkanında gedən proseslər ideoloji təhlükəsizliyi də ön plana çıxarır. Bu baxımdan təhsilli və məlumatlı cəmiyyətin formalaşdırılması, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, müasir və səmərəli ideoloji işin qurulması mühüm vəzifələrdəndir. Formal və şablon yanaşmalardan uzaqlaşaraq yeni nəslin çağırışlarına uyğun fəaliyyətin təşkili xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müstəqil xarici siyasət kursu da yeni reallıqlara uyğun şəkildə davam etdirilir. Müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlarda fəal iştirak və milli maraqlara əsaslanan siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir. Xarici siyasətdə müstəqil qərarvermə və milli maraqların qorunması əsas prinsiplər olaraq qalır.
İqtisadi müstəqilliyin möhkəmləndirilməsi də yeni mərhələnin mühüm dayaqlarındandır. İnvestisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı, enerji potensialından səmərəli istifadə, sənayenin şaxələndirilməsi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi Azərbaycanın iqtisadi gücünü artıran əsas istiqamətlərdir. Neft və qazla yanaşı, neft məhsulları, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı ölkənin istehsal və ixrac imkanlarının genişləndiyini göstərir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı isə Azərbaycanın regional tranzit əhəmiyyətini daha da artırır.
Yeni mərhələnin ən böyük quruculuq layihəsi Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur yaradılır, şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Artıq bu ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır, bölgələrin inkişafına 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Böyük Qayıdışın sürətləndirilməsi qarşıdakı dövrün əsas prioritetlərindən biri olaraq qalır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın yeni tarixi mərhələsinin əsas istiqamətləri bir daha vurğulandı. Belə ki, Azərbaycanın qarşısında artıq yeni hədəflər dayanır. Əldə edilmiş Zəfərin və dövlət suverenliyinin yaratdığı imkanların davamlı inkişafa çevrilməsi, dövlətçiliyin daha da möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi yeni mərhələnin əsas məzmununu təşkil edir. Bu baxımdan VIII Qurultay yalnız partiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi deyil, Azərbaycanın gələcək inkişaf gündəliyinin əsas prioritetlərinin təqdim edilməsi baxımından da əhəmiyyət daşıyır.
Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA