Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür.

Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında sosial və iqtisadi məsələlərlə bağlı səsləndirdiyi fikirlər dövlət siyasətinin əsas prioritetlərini bir daha göstərib.

"Azərbaycanın artan imkanları insanların rifahının yüksəldilməsinə xidmət edir. Dövlət başçısının 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağı barədə açıqlaması bu yanaşmanın konkret ifadəsidir. Burada vacib məqam sosial siyasətin ardıcıl və məqsədyönlü xarakter daşımasıdır. Əhalinin gəlirlərinin artırılması, sosial müdafiəsinin gücləndirilməsi və yaşayış səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir", - deyə deputat bildirib.

T.Mirkişili qeyd edib ki, Prezidentin bu artımların müntəzəm həyata keçirildiyini vurğulaması da vətəndaş rifahının daim diqqət mərkəzində olduğunu göstərir.

"İqtisadi nöqteyi-nəzərdən baxdıqda, sosial siyasətin davamlılığını təmin edən əsas amil güclü iqtisadi və maliyyə bazasıdır. Dövlət gəlirləri artdıqca sosial öhdəlikləri yerinə yetirmək və insanların ehtiyaclarına cavab vermək imkanları da genişlənir. Buna görə investisiyaların cəlbi, yeni istehsal sahələrinin yaradılması və maliyyə dayanıqlığının qorunması vətəndaşların rifahı ilə birbaşa bağlıdır.

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda ciddi rəqabət gedir. Bu baxımdan Azərbaycanın əldə etdiyi nəticələr xüsusi əhəmiyyət daşıyır. Prezidentin açıqladığı kimi, iki Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bağlanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard ABŞ dolları ötüb. Sentyabrın sonunda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) iştirak edən aparıcı investisiya qurumlarının idarəçiliyində isə 30 trilyon dollardan çox vəsait var.

Bu miqyasda maliyyə idarə edən qurumlar qərarlarını riskləri, gəlirlilik imkanlarını və uzunmüddətli perspektivləri qiymətləndirərək verirlər. Onların Azərbaycana marağı ölkəmizin iqtisadi perspektivlərini şübhə altına alan müxtəlif mərkəzlərin və bəzi "ekspertlərin" iddialarına qarşı ciddi faktiki arqumentdir.

İmzalanmış kontraktların reallaşması isə bu etimadın yeni müəssisələrə, iş yerlərinə və əlavə gəlirlərə çevrilməsinə imkan verəcək", - deyə deputat vurğulayıb.

T.Mirkişili bildirib ki, Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın xarici borcunun ÜDM-in cəmi 5,6 %-ni təşkil etməsidir.

"Dövlət başçısı ölkəmizin istəsə, bu borcu 24 saat ərzində tam ödəmək imkanına malik olduğunu vurğuladı. Dünyanın nəhəng iqtisadiyyatlarının dövlət borclarının trilyon dollarlarla ölçüldüyü bir şəraitdə Azərbaycanın belə maliyyə imkanına sahib olması iqtisadi müstəqillik baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu imkan ölkəmizə iqtisadi qərarların qəbulunda daha geniş sərbəstlik verir, xarici risklər qarşısında dayanıqlığı gücləndirir və gələcək nəsillərin üzərinə ağır borc yükü qoymadan inkişafı maliyyələşdirməyə şərait yaradır.

Azərbaycan üçün hazırda əsas hədəf bu maliyyə gücünü qorumaqla onu daha məhsuldar iqtisadiyyata, keyfiyyətli məşğulluğa və vətəndaşların gündəlik həyatında hiss olunan rifah artımına çevirməkdir", - deyə deputat əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 221   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

7 oktyabr
.

Bu marşrutların hərəkət sxemləri dəyişdirildi

Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) -a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkə

8 oktyabr
.

Mənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB

Bakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilki

8 oktyabr
.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

7 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında

8 oktyabr
.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş

8 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov geniş müsahibəsində maraqlı açıqlamalar verib. Qaynarinfo -a istinadla xəbər verir ki, o , Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetləri

8 oktyabr