Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir.

Bakıda bəzi iri ticarət mərkəzlərində alıcıların kassirə müraciət etmədən ödəniş etməsinə imkan verən özünəxidmət kassaları quraşdırılıb. Növbədə gözləmək əvəzinə alıcı özü kassa aparatına yaxınlaşaraq ödənişini tamamlayır. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir.

Maraqlıdır, bu texnologiyanın yayılması kassirlərə olan tələbatı gələcəkdə dəyişə bilərmi? Ümumiyyətlə, Bakı mağazaları bu dəyişikliyə nə dərəcədə hazırdır və alıcılar özünəxidmət kassalarına necə yanaşırlar?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Texnologiyanın tətbiqi və iqtisadi səmərəlilik

"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinin İdarə Heyətinin sədri Araz İmanov "Kaspi" qəzetinə bildirdi ki, bəzi üzv şirkətlər artıq özünəxidmət kassalarından istifadə edir. İqtisadi nəticə isə mağazanın formatından, müştəri axınından və alış-veriş səbətinin həcmindən asılıdır:

"Qiymətləndirmədə yalnız əməkhaqqı deyil, avadanlıq, proqram təminatı, texniki xidmət və təlim xərcləri də nəzərə alınmalıdır. Alıcıların uyğunlaşması barədə bütün bazar üçün vahid göstərici söyləmək düzgün olmaz. Burada əsas amillər sistemin sadəliyi, ödənişin sürəti və ehtiyac yarandıqda əməkdaşın köməyidir. Müştəri texnologiyanı yeniliyinə görə deyil, yaratdığı rahatlığa görə seçir".

"Əsas məqsəd növbələri azaltmaqdır"

A.İmanovun sözlərinə görə, sistemin tətbiqində əsas hədəf növbələri azaltmaq, alıcıya əlavə seçim vermək və xidmətin təşkilini yaxşılaşdırmaqdır:

"Bir neçə müştəri alış-verişini paralel tamamlaya, əməkdaş isə köməyə ehtiyacı olanlara dəstək göstərə bilər. Lakin avtomatlaşdırma bütün xərclərin avtomatik azalması demək deyil. Xüsusilə nağdsız ödənişlə işləyən özünəxidmət kassalarında bank komissiyaları iqtisadi səmərəliliyə birbaşa təsir edir. Ənənəvi kassada kartla ödəniş zamanı da komissiya tutulur, lakin nağdsız özünəxidmət modelində bu xərc həmin kassanın bütün dövriyyəsinə şamil olunur. Şəbəkə xidmətini sürətləndirmək üçün sərmayə qoyur, artan bank komissiyaları isə əldə olunan qənaəti azaldaraq investisiyanın özünü doğrultma müddətini uzada bilər".

"Kassirlərə ehtiyac var"

Kassir ştatlarının gələcəyi haqqında danışan sədr vurğuladı ki, ayrı-ayrı mağazalarda kassir ştatlarının azalmasını tam istisna etmək olmaz, lakin özünəxidmət kassası əməkdaşsız mağaza demək deyil:

"Müştəriyə kömək, qiymət və endirim uyğunsuzluqlarının həlli, ödənişin tamamlanması və prosesə nəzarət üçün hazırlıqlı əməkdaşlara ehtiyac qalır. Bizim yanaşmamız əməkdaşların yeni funksiyalara hazırlanması, məsləhətçi, nəzarətçi və müştəri xidməti istiqamətlərində bacarıqlarının artırılmasıdır. Məqsəd yalnız işçi sayına qənaət deyil, insan resurslarından daha səmərəli istifadə olmalıdır".

Əsas çətinliklərdən də danışan birlik sədri bildirdi ki, ilkin investisiya, texniki xidmət, qiymət, endirim və çəki ilə satılan məhsulların sistemdə düzgün işlənməsi, eləcə də istifadə vərdişləri əsas maneələrdəndir:

"Maliyyə baxımından nağdsız ödəniş tariflərinin yüksəkliyi və dəyişkənliyi genişlənməni çətinləşdirir. Nağdsız ödənişlərin inkişafını dəstəkləyirik, lakin bu prosesin biznes üçün iqtisadi cəhətdən davamlı olması vacibdir. Daha aşağı komissiyalı həllərin, o cümlədən AZQR əsaslı ödənişlərin rahat inteqrasiyası buna dəstək verə bilər".

"Vətəndaşın seçim hüququ qorunmalıdır"

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov özünəxidmət kassalarının fəaliyyətinin əhəmiyyətli olduğunu, lakin onların tətbiqi ilə bağlı problemlərin mövcudluğunu bildirdi. AİB sədrinin sözlərinə görə, texnoloji yeniliklərin tətbiqinə ilk növbədə mağazalardakı tərəvəz və meyvə şöbələrindən başlamaq lazımdır. Çünki ən çox şikayətlər məhz bu sahədən daxil olur:

"Bizə daxil olan şikayətlər göstərir ki, vətəndaş 86 qəpiyə badımcan aldığı halda, kassada onun çekinə 36 manatlıq başqa bir ekzotik məhsulun qiyməti vurulur. Bu cür xətaların qarşısını almaq üçün sistemdə aydın təlimatlandırıcı mexanizm olmalı, istehlakçıya kömək edəcək cavabdeh mütəxəssislər ayrılmalıdır. Bununla yanaşı, ənənəvi kassaların ləğv edilməsinin tərəfdarı deyiləm, çünki vətəndaşın seçim hüququ qorunmalıdır".

"Proqram təminatı qida təhlükəsizliyinə də nəzarət edə bilər"

Eyyub Hüseynov vurğuladı ki, müasir proqram təminatları marketlərdə yalnız satışı deyil, həm də qida təhlükəsizliyini təmin etməlidir. O, xüsusi proqramların Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) serverinə inteqrasiya olunmasını təklif edir:

"Müasir texnologiya elə tənzimlənməlidir ki, yararlılıq müddəti bitmiş mal kassadan keçə bilməsin. Əgər bu proqramlar AQTA-nın bazasına inteqrasiya olunarsa, agentlik hansı marketdə nə qədər vaxtı keçmiş mal qaldığını rahatlıqla izləyə bilər".

Eyyub Hüseynov AİB-ə daxil olan şikayətlərlə bağlı statistikanı da açıqladı:

"AİB-ə gələn şikayətləri təhlil etdikdə məlum olur ki, Azərbaycan istehlakçıları almadıqları mallar üçün il ərzində təxminən 500 milyon manat artıq pul ödəyirlər".

"İstehlakçı hüquqlarının qorunması əsas şərtdir"

Eyyub Hüseynov sonda bildirdi ki, texnologiyaların tətbiqi təqdirəlayiq olsa da, istehlakçı hüquqları hər zaman ön planda tutulmalıdır. Bu məqsədlə 1995-ci ildə qəbul olunmuş "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun müasir dövrün və texnologiyaların tələblərinə uyğun olaraq yenidən işlənməsi vacibdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 451   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al

8 oktyabr
.

Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR

Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib. -ın əldə etdiyi məlumata görə, o, vurulmu

8 oktyabr
.

Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər

Fərdi yaşayış evlərinin tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması həm tikinti prosesində işçilərin həyat və sağlamlığı üçün, həm də sonradan evdə yaşayan insanların təhlükəsizliyi üçün ciddi risklər yarada bilər. Xüsusilə bünövrə və daşıyıcı konstruksiyaların düzgün qurulmaması, elektri

7 oktyabr
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

7 oktyabr
.

"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində sistemdə yaranan problemin səbəbi açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərini

8 oktyabr
.

Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin" - VİDEO

Səidə Sultan uzun fasilədən sonra sosial media paylaşımı edib. "Yeni Sabah" xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Bakıda 4 uşaq atasının hamilə iti döyərək balkondan aşağı atması və öldürməsinə münasibət bildirib. Səidə Sultan hadisə ilə bağlı vətəndaşa 25 sutka inzibati həbs cəzası verilməsin

7 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

7 oktyabr